Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbin laboratoriyasında IX sinif Kimya fənnindən açıq dərs keçirilmişdir. Kimya müəllimi Kamaləddin Əliyev kimya laboratoriyasında “Oksigenin laboratoriyada alınması üsulu və çay sodası ilə sirkə turşusunun qarşılıqlı təsirindən alınmış karbon qazı” mövzusunda müvafiq avadanlıqlardan istifadə edərək təcrübə aparmışdır. Aparılan təcrübələr şagirdlərin kimya fənninə olan marağının artırılmasında və təcrübələr əsasında kimyəvi reaksiyaları öyrənilib mənimsənilməsində olduqca yararlı olmuşdur.
Müəllim sonda müşahidə olunan reaksiya tənliklərini lövhədə yazıb uşaqlara geniş izah vermişdir.
Şərur şəhər 2 nömrəli tam orta məktəbin V sinif şagirdlərinin iştirakı ilə Azərbaycan tarixi fənnindən Xocalı soyqırımı ilə əlaqədar “Xocalı qanayan yaramız, ağlayan gözümüzdür” mövzusunda açıq dərs keçirilmişdir. Keçirilən dərsə Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşları və Şərur Rayon Veteranlar Şurasının sədri Vidadi Süleymanov iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Fevral