Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan şəhər 11 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə həmin məktəbin tarix müəllimi Məmmədova Aytəkin açıq dərs keçmişdir. Açıq dərs zamanı şagirdlərə çatdırılmışdır ki, misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırım XX əsrin ən dəhşətli faciələrindən biridir. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir.
Culfa şəhər 3 saylı tam orta məktəbində Nikola Makiavellinin “Hökümdar” əsəri müzakirə olundu. Tədbirdə Culfa rayon Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərov, Naxçıvan Milli Elmler Akademiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov açdı. O, çıxışında Azərbaycan xalqının XIX və XX əsrlər tarixində baş vermiş faciəli hadisələri xatırlatdı. Bu qanlı hadisələrin əksəriyyətinin ermənilərin əli ilə törədilməsindən, imperiya qüvvələrinin ermənilərdən bir vasitə kimi istifadə etməsindən, Azərbaycanda Soyqırım və deportasiya siyasətini həyata keçirmələrindən ətraflı məlumat verdi.
Fevralın 25-də Şərur rayon Kürkənd tam orta məktəbində sağlam həyat tərzi eləcə də tütün məhsullarının istifadəsinin zərərli təsirləri, erkən nigah və uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi haqqında şagirdlərin məlumatlandırılması məqsədilə tədbir keçirildi.
Sədərək kənd 1 nömrəli tam orta məktəbində Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Təhsil şöbəsinin əməkdaşlarının, məktəbin müəllim və X-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə iştirakçılar rəsm və kitab sərgisi ilə tanış olublar.