“Oxunması zəruri olan kitablar”la bağlı viktorina keçirilmişdir

Fevralın 24-də Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Şəhər Təhsil Şöbəsinin və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə  “Oxunması zəruri olan kitablar”la bağlı viktorina keçirilmişdir.

Viktorina üçün “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən ədəbiyyatımızın klassik nümunələrindən Nizaminin  “Hikmət və nəsihətləri”, Eynəli bəy Sultanovun “Məqalələri”, Nikolo Makiavellinin “Hökmdar” və “Təmsillər” kitabları əsasında suallar tərtib olunmuşdur.

Ardını oxu...

Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Şahmat yarışı keçirilmişdir

Fevralın 24-də Sədərək rayon Təhsil şöbəsinin, Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbində  Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Şahmat yarışı keçirilib.

Yarışda Təhsil şöbəsinin əməkdaşları, Şahmat məktəbinin müəllimləri və Sədərək kənd 2 nömrəli tam orta  məktəbin IX-X sinif şagirdləri iştirak edib.
Maraqlı keçən oyunun yekun nəticələrinə əsasən, I yerə  Əlirzayev Əsəd  Əlirza oğlu, II yerə  Əlizadə Mehdi Elməddin oğlu  və III yerə  Adnayev Elcan Elçin oğlu  layiq görülmüşlər.

Yarışın sonunda qaliblər müxtəlif hədiyyə və diplomlarla mükafatlandırılmışdır.

Sədərək rayonununda “Xocalısız 28 il” mövzusunda keçirilən rəsm müsabiqəsinin yekun sərgisi təşkil edilib

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Sədərək Rayon ​ Təhsil Şöbəsinin ​ təşkilatçılığı ilə Heydərəabad qəsəbə tam orta məktəbində məktəbin ​ şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Xocalısız 28 il” mövzusunda keçirilən rəsm ​ müsabiqənin yekun sərgisi təşkil edilib.
Heydərabad qəsəbə tam orta məktəbində keçirilən sərgidə Təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllim və şagirdlər iştirak edib.

Ardını oxu...

9 illik baza üzrə keçiriləcək buraxılış imtahanları üçün buraxılış vərəqələrinin verilməsinə başlanılıb

Martın 1-də muxtar respublikanın ümumtəhsil məktəblərinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Verilmiş keçiddən (https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46) istifadə etməklə təhsil müəssisələri bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Ardını oxu...

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Fevralın 23-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Respublika məktəblilərinin fənn olimpiadasının yarımfinal turu keçirilmişdir.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına dəstək olmaqdan ibarətdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg