• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün115
mod_vvisit_counterDünən1035
mod_vvisit_counterBu həftə115
mod_vvisit_counterBu ay13045
mod_vvisit_counterÜmumi2529861

Tarix: 12 May, 2024

Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda yekun seminar keçirildi

“Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda yekun seminar fevralın 24-də Ordubad rayonunun XI siniflərində təhsil alan 260 şagirdin iştirakı ilə Ordubad Rayon “Mədəniyyət Evi”ndə keçirildi.

Seminarda Ordubad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əfqan Hüseynovun “Ötən ilin qəbul nəticələri və 2020-ci il qəbul imtahanlarına hazırlıq”, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərovanın “2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, Naxçıvan  Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucovanın “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin psixoloqu Nubar Abdullayevanın “Abituriyentlərə imtahan qabağı psixoloji dəstək” mövzularındakı çıxışları dinlənilib.

Seminarda abituriyentlərə buraxılış və qəbul imtahanlarına səmərəli hazırlıq üsulları, nəticələrə uyğun düzgün ixtisas seçiminin aparılması qaydası izah edilmiş, bundan əlavə abituriyentlərə keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı geniş məlumatlar verilmişdir.

Abituriyent üçün imtahanqabağı ən önəmli  problem həyəcan və vaxtı düzgün dəyərləndirməməkdir. Həmçinin zehni yorğunluq, öyrəndiklərini təkrarlamamaq, imtahanda diqqətsizlik, yaxşı nəticə əldə etməyə mane olan faktorlardır. Bu amilləri aradan qaldırmaq üçün düzgün qurulmuş hazırlıq prosesinə və pozitiv düşüncəyə əməl edilməli, özünə inam hissi artırılmalıdır. Xüsusilə  imtahan günü uğurlu nəticə əldə etmək üçün yüksək diqqət və mənəvi hazırlıqlı olmağa çalışılmalıdır.

Bildirilib ki, Naxçıvanda IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi  martın 1-də, ikinci mərhələsi iyunun 14-də, XI siniflər üzrə isə buraxılış imtahanları aprelin 5-də keçiriləcəkdir.

Tədbirin sonunda sınaq imtahanında yüksək nəticə göstərən XI sinif şagirdlərinə Ordubad Rayon Təhsil Şöbəsinin diplom və qiymətli hədiyyələri təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg