28 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə “Oxunması zəruri olan kitablar" siyahısına daxil olan Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” poemasının müzakirəsi keçirilmişdir. Müzakirədə məktəbin şagirdləri, ədəbiyyat və ingilis dili müəllimləri iştirak ediblər. N. Gəncəvinin həyat və yaradıcılığından, poemanın məzmun və ideyasından danışılıb, şagirdlər tərəfindən hazırlanmış səhnəciklər göstərilibdir.
Poemadan hissələr ingilis dilində qiraət olunmuşdur.
Fevralın 28-də Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseyin laboratoriyasında VIII sinif kimya fənnindən açıq dərs keçirilmişdir.
Viktorinada 4 komanda olmaqla 16 şagird iştirak edirdi. Məktəbin təşkilatcısı Günel Quliyeva çıxış edərək bildirdi ki, "Oxunması zəruri olan kitablar" la bağlı məktəbimizdə müntəzəm olaraq kitab müzakirələri və viktorinalar keçrilir. Bu tədbirlərin keçrilməsində məqsəd şagirdlərə kitab oxumaq sevgisi aşılamaqla yanaşı eyni zamanda gənc nəslin düzgün tərbiyə olunması, vətənpərvərlik hissinin, milli dəyərlərə bağlılığın və düzgün dünyagörüşünün formalaşmasıdır. Daha sonra məktəbin kitabxanaçısı Fatma Nəzərova viktorinanın şərtləri ilə şagirdləri tanış etdi.
27 fevral 2020-ci il tarixdə Şərur Rayon Gənclər və İdman İdarəsinin və Şərur Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Şərur Rayon Kürkənd tam orta məktəbinin idman zalında “05 Mart Bədən Tərbiyyəsi və İdman günü”nə həsr olunmuş məktəbin IV-V sinif şagirdləri arasında “Şən statlar” əyləncəli idman oyunu keçirilmişdir. Yarışın sonunda Kürkənd tam orta məktəbinin direkroru Tuncay Cəfərov, Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahil Hüseynov və Şərur Rayon Uşaq Gənclər İdman Məktəbinin direkroru Pərviz Əsədov çıxış edərək yarış iştirakçılarının təbrik edib, gələcək həyatlarında müvəffəqiyyətlər arzulamışdlar. Yarışda 20 şagird iştirak etmişdir. Gərgin və maraqlı keçən yarışda V sinif komandası 32-31 hesabı ilə qalib olmuşdur.
Fevralın 27-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında dama birinciliyi keçirilmişdir. Yarışın açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirmişdir ki, birinciliyin keçirilməsində məqsəd məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarət olmuşdur.