Noyabrın 24-də Ordubad rayonunun Azadkənd tam orta məktəbi istifadəyə verilib. Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər. Məlumat verilib ki, 2000-ci ildə tikilən 288 yerlik məktəb binası bu il əsaslı təmir olunub. 3 mərtəbəli təhsil ocağında 16 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, kompüter və müəllimlər otaqları, hərbi kabinə, STEAM otağı, kitabxana, bufet və idman zalı yerləşir. Məktəbdə 23 kompüter və 4 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin edilib.
Ardını oxu...
|
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvan şəhərində vətəndaşları qəbul edib. Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər. Qəbulda vətəndaşlar əsasən işə qəbul, ümumi təhsil, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Noyabrın 24-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfəri çərçivəsində Babək rayonu Yarımca kənd tam orta məktəbində olub. Müəssisədə yaradılmış şəraitlə tanış olan elm və təhsil naziri tədris prosesi ilə maraqlanıb, şagird və müəllimlərlə söhbət aparıb. Məlumat verilib ki, məktəb 2004-cü ildə istifadəyə verilib. 2016-cı ildə isə əsaslı təmir olunub. 342 yerlik məktəb binasında hazırda 300-dən çox şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur.
Ardını oxu... İş adamlarının və özəl təhsil müəssisələrinin diqqətinə! Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının müvafiq prioritet istiqamətlərinə daxil olan Muxtar Respublikada əlverişli biznes mühitinin yaradılması və sosial sektorun inkişafı istiqamətləri üzrə özəl sektor tərəfindən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və özəl təhsil müəssisələrinin yaradılması üçün sahibkarlar arasında təşviqat işlərinin aparılması nəzərdə tutulmuşdur.
Ardını oxu... |
|