Fevralın 24-də Sədərək rayon Təhsil şöbəsinin, Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Şahmat yarışı keçirilib.
Yarışda Təhsil şöbəsinin əməkdaşları, Şahmat məktəbinin müəllimləri və Sədərək kənd 2 nömrəli tam orta məktəbin IX-X sinif şagirdləri iştirak edib.
Maraqlı keçən oyunun yekun nəticələrinə əsasən, I yerə Əlirzayev Əsəd Əlirza oğlu, II yerə Əlizadə Mehdi Elməddin oğlu və III yerə Adnayev Elcan Elçin oğlu layiq görülmüşlər.
Yarışın sonunda qaliblər müxtəlif hədiyyə və diplomlarla mükafatlandırılmışdır.
ocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Heydərəabad qəsəbə tam orta məktəbində məktəbin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Xocalısız 28 il” mövzusunda keçirilən rəsm müsabiqənin yekun sərgisi təşkil edilib.
Martın 1-də muxtar respublikanın ümumtəhsil məktəblərinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək. 
Fevralın 21-də Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə 21 fevral-“Beynəlxalq Ana Dili günü” ilə bağlı “Anadilim Şirin dilim” adlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər iştirak edirdi.