Şagirdlərdə erkən yaşlarda kitaba qarşı sevgi və maraq yaratmaq onların mütaliə vərdişlərini daha da yaxşılaşdırılması söz ehtiyyatının və nitq mədəniyyətinin formalaşması üçün çoxlu kitablar oxumağa həvəsləndirmək məqsədilə 2 mart 2020 ci il tarixində Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbdə məktəbin məktəbəhazırlıq qruplarının və IV sinif şagirdlərinin iştirakı ilə Azərbaycan xalq nağıllarından ibarət “Kim daha çox nağıl bilir” adlı yarış keçirilib.
Martın 3-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdlərin və onların müəllimlərinin mükfatlandırılması ilə bağlı tədbir keçirilmişdir.
2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırıldı.
Yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq dünya görüşünü və asudə vaxlarını səmərəli təşkil etmək məqsədilə 2 mart 2020-ci il tarixdə Şahbuz rayonu ümumtəhsil məktəblərinin komandaları arasında “İntellektual Oyunlar Olimpiadası” keçirildi. Yarışda rayon ümumtəhsil məktəblərinin VIII -XI sinif şagirdlərindən ibarət 16 komanda iştirak etmişdir. İntellektual oyunda “Xəmsə” 4 komanda, “Vətəni tanı” və “Paliqon” 6 komanda olmaqla yarışmada iştirak etdilər. Yarışmanın yekununa görə Keçili kənd tam orta məktəbinin komandası “Xəmsə” intellektual oyununda I yerin, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası II yerin, Aşağı Qışlaq kənd tam orta məktəbin komandası III yerin sahibi olmuşlar.
02 mart 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin 24 fevral 2020-ci il tarixli 18 nömrəli əmri ilə təsdiq edilmiş “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən sağlam böyüyəcəm” devizi altında idman yarışlarının keçirilməsi haqqında Tədbirlər Planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə Çalxanqala kənd tam orta məktəbinin idman zalında ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilib.