Şagirdlərdə biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, məqsədilə fevralın 23-də keçirilən Respublika fənn olimpiadasının yarım final turunun nəticələri məlum olmuşdur.
Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilmiş respublika fənn olimpiadasının yarımfinal turunda iştirak edən 218 nəfər muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən 87 nəfəri qalib olmuşdur.
Adları aşağıda qeyd olunan olimpiada qalibləri fənn olimpiadasının final turunda iştirak etmək hüququ qazanmışlar.
Culfa rayon Şurud kənd tam orta məktəbində növbəti kitab müzakirəsi Yusif Balasaqunlunun “Qutatqu bilik” əsərinə həsr edilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Babək Kalbalıyev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq “Oxunmuş oxunması zəruri olan kitablar”ın insanların, xüsusən gənc nəslin dünyagöruşünun formalaşmasında, onların müstəqil həyata hazırlanmasında əhəmiyyətli rol oynadığını vurğulamışdır.
Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. 
