27 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda yeniyetmələr arasında “Şəhidimiz” mövzusunda “Breyn rinq” intellektual oyunu keçirilmişdir. Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən bu oyunda MR-in şəhər və rayonlarından 8 komanda iştirak etmişdir. Oyun zamanı verilmiş suallar əsasən vətəni yaxşı tanımaq, vətənpərvərlik hisslərinin aşılanması, şəhid və qəhrəmanlarımızın keçdiyi qəhrəmanlıq yollarını əhatə etmişdir. Yeniyetmələr arasında gərgin keçən mübarizə nəticəsində “Naxçıvan” komandası I yeri, “Culfa” komandası II yeri, “Şərur” komandası III yeri tutmuşdur.
Qaliblər təşkilatçıların hədiyyə, diplom və fəxri fərmanları ilə təltif olunmuşlar.
Fevralın 26-da Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə "Xocalı soyqırımı"nın 28-ci il dönümünün qeyd olunması ilə əlaqədar tədbir keçirildi. Məktəbin direktoru Anaxanım Axundova açdı. O öz çıxışında qeyd etdi ki, Xocalı soyqırımı azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu amansız və qəddar soyqırım insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. 1992-ci ilin fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosit aktı həyata keçirdi.

