Şərur şəhər Fizikia- Riyaziyyat Təmayüllü Liseydə “21-fevral Beynəlxalq Ana Dili günü” münasibətilə tədbir keçirilmişdir

Liseyin direktoru Cavanşir Quliyev Beynəlxalq Ana Dili günü münasibətilə liseyin müəllim və şagird kollektivini təbrik etmiş və bildirmişdir ki, dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxdilliliyin tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artması, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır. Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir.

Ardını oxu...

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2020-ci il fevralın 21-dən martın 11-dək internet vasitəsilə aparılır

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2020-ci il fevralın 21-dən martın 11‑dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə saat 10-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Ardını oxu...

“Azərbaycan dili milli varlığımızdır” mövzusunda interaktiv dərs keçirilmişdir

“21 fevral-Beynəlxalq Ana Dili Günü” ilə bağlı ümumtəhsil məktəbləri ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi arasında “Azərbaycan dili milli varlığımızdır” mövzusunda interaktiv dərs keçirilmişdir.

İnteraktiv dərsdə ana dilimizin zənginliyi, onun yaşadılması və təbliğ edilməsi barədə geniş məlumat verilərək şagirdlərin diqqətinə çatdırılıb ki, fevralın  21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Ardını oxu...

“Naxçıvan – doğma diyarım” adlı bilik yarışı keçirilib

Fevral 19-da Çalxanqala kənd tam orta məktəbində II-IV sinif şagirdləri arasında “Naxçıvan – doğma diyarım” adlı bilik yarışı keçirilib. Bilik yarışının keçirilməsində məqsəd  şagirdlərin intellektual səviyyəsinin, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, məktəblilərin elmə, maarifləndirici yarışlara marağının artırılması, Naxçıvan Muxtar Respublikasının  zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Ardını oxu...

Kəngərlidə “Oxunması zəruri olan kitablar”la bağlı viktorinanın rayon mərhələsi keçirilib

20 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə  Xok kənd tam orta məktəbində  “Oxunması  zəruri olan kitablar”la bağlı  viktorina keçirilib. Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Camallı qeyd edib ki,  mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Belə ki, insan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da artırır. Mütaliə  həm ayrı-ayrı  fərdlərin, həm də bütövlükdə  cəmiyyətin həyatının bütün sahələrinə bilavasitə təsir edir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg