
Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin IV və V sinif şagirdlərinin iştirakı ilə “Xocalı XX əsrin faicəsidir” mövzusunda tədbir keçirilmişdir. Keçirilən tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişdir. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başladı. Sonra tarix müəlliməsi İsmayılova Sevda çıxış edərək qeyd etmişdir ki, Xocalı soyqırımının törədilməsindən 28 il keçir.
25 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin II-IV sinif şagirdləri arasında “Mən Vətənimi necə tanıyıram?” adlı bilik yarışı keçirilib.
Tədbirdə Şərur Rayon Danyeri kənd tam orta məktəbinin şagird və müəllim kollektivi, Cəlilkənd kəndindəki C.Məmmədquluzadənin Xatirə Muzeyinin əməkdaşları iştrak etmişdir. Tədbiri giriş sözü ilə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nuran Əliyev açaraq demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalı müsibəti törədildi. Minlərlə əliyalın, dinc əhali vəhşicəsinə öldürüldü, qocalar,qadınlar və körpələr məhv edildi.
Liseyin direktoru Cavanşir Quliyev öz çıxışında qeyd etmişdir ki, 26 fevral Azərbaycanın tarixi səhifəsinə qanlı hərflərlə yazılmış tarixi gündür. 28 il bundan öncə erməni silahlı dəstələri ağır və zirehli texnikadan isfifadə edərək, şəhəri şiddətli şəkildə atəşə tutdular. Axşam saatlarından başlayan bu qırğın səhər saatlarına qədər fasiləsiz şəkildə davam etmiş , artıq səhər saatlarında şəhər alovlara qərq edilmişdir. Erməni silahlı dəstələri gənc, uşaq, yaşlı demədən vəhşiliklə insanları qətlə yetirmiş, işgəncələr vermiş, əsir götürmüşdürlər.
Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 28 il zaman məsafəsi ayırır.