Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev çıxış edərək bildirmişdir ki, məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Ötən il Mərkəzdə Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dulusçuluq, Dram, Gimnastika və Sürətli oxu dərnəkləri yaradılıb.
21 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Tarixin qan yaddaşı – Xocalı” adlı tədbir keçirilib.
Buraxılış və qəbul imtahanlarına hazırlaşmaq, düzgün ixtisas seçimi etmək, toplanan bala uyğun ali təhsil müəssisəsinin seçmək, imtahanqabağı psixoloji hazırlıq, diqqətin toplanması, stressdən azad olmaq yolları, düzgün qurulmuş hazırlıq prosesi və pozitiv düşüncə, əməl edilməli olan qida rasionunun seçilməsi hər bir məzun üçün vacib məqamlardan hesab olunur. Bütün bunlara düzgün və vaxtında əməl etmək isə hər bir abiturientin uğur qazanmasına səbəb olan başlıca amillərdəndir.
21 fevral 2020-ci il tarixində Naxçıvan Qarnizonu Tam orta məktəbində 21 Fevral-“Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbir keçirildi.Tədbirdə məktəbin müəllim kollektivi və şagirdləri iştirak etdi.
Liseyin direktoru Cavanşir Quliyev Beynəlxalq Ana Dili günü münasibətilə liseyin müəllim və şagird kollektivini təbrik etmiş və bildirmişdir ki, dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxdilliliyin tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artması, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır. Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir.