Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları tərəfindən təsdiq olunmuş qrafik əsasında şəhər ümumtəhsil məktəblərində ayda 2 dəfə olmaqla açıq dərslər keçiriləcək. Dərslərin keçirilməsində məqsəd müəllimlərə metodiki köməklik göstərmək, dərsin mərhələlərinin icrası zamanı yaranmış hər hansı bir çətinliyin aradan qaldırılması üçün istiqamət verməkdir.
Həmin qrafikə uyğun olaraq, 19 fevral 2020-ci il tarixdə Təhsil Şöbəsinin metodisti Rzayeva Natella 8 nömrəli tam orta məktəbdə VIII sinif şagirdləri üçün Biologiya fənnindən “Vitaminlər” mövzusunda açıq dərs keçmişdir. Dərs proqram əsasında və dərs cədvəli üzrə elektron lövhəli sinif otağında təşkil olunmuşdur.
19 fevral 2020-ci il tarixdə Şərur rayon Təhsil Şöbəsində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında tədbir keçirilmişdir. Tədbirdə rayonun ümumi təhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən müəllimlər iştirak etmişdir.
Fevral ayının 19-da “Araz” kinoteatrında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar keçirilib. Abituriyentlərin keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı onların məlumatlandırılması məqsədilə keçirilən seminarda Şahbuz Rayon Təhsil Şöbəsinin ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 140 şagird iştirak edib.
18 fevral 2020-ci il tarixdə Uzunoba Su Anbarının ətrafında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında velosiped idman yarışı üzrə şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 tam orta məktəbdən 51 idmançı iştirak etmişdir.
Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə (kolleclər) sənəd qəbulunun vaxtını açıqlayıb.