Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə bu gün Ordubad rayon Tivi kənd tam orta məktəbində "Fizika gündəlik həyatımızda" adlı praktik dərs keçirilmişdir.
Dərsdə Ordubad rayon Bist və Nəsirvaz kənd tam orta məktəblərindən şagird və müəllimlər də iştirak etmişdir. Tədbirdə Tivi kənd tam orta məktəbinin direktoru Nəsimi Sultanov "Təbiət elmlərinin tədrisi zamanı praktik dərslərin əhəmiyyətli" başlıqlı geniş məruzəsindən sonra məktəbin fizika müəllimi Müşfiq Xəlilov tərəfindən Praktik dərs keçilmişdir.
Fevralın 20-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadənin ev-muzeyi arasında “Görkəmli Azərbaycan ədibi” mövzusunda interaktiv dərs keçirilib.
Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünəməxsusluğu, gözəlliyi, dolğunluğu, mükəmməlliyi və şirinliyi ilə başqa dillərdən seçilir. Bununla bağlı "21 Fevral Beynəlxalq Ana dili" günü münasibəti ilə Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə "Dilimiz milli varlığımızdır" başlığı altında ədəbi tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Anar Həsənli iştirak edərək ilk öncə "21 Fevral Beynəlxalq Ana dili" günü münasibətilə şagird və müəllim heyyətini təbrik etmiş və öz çıxışında bildirmişdir ki: "Doğma ana dilimizin daş kitabələrdən üzü bu yana uzun, çətin və şərəfli bir yol keçərək bugünkü səviyyəyə gəlib çatmış, lakin buna baxmayaraq zaman-zaman xalqımızı öz soykökündən qoparmağa, onun milli-mədəni dəyərlərini məhv etməyə çalışmışlar".
19 fevral 2020- ci il tarixdə Culfa Rayon Təhsil Şöbəsi, Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Gənc Turistlər və Diyar Şünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı- tarixin qara səhifəsi” mövzusunda tədbir keçirilmişdir.