• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1063
mod_vvisit_counterDünən2317
mod_vvisit_counterBu həftə3380
mod_vvisit_counterBu ay48992
mod_vvisit_counterÜmumi2516257

Tarix: 30 Apr., 2024

Naxçıvan Qarnizonu Tam orta məktəbində “Beynəlxalq Ana dili Günü” ilə bağlı tədbir keçirilib

21 fevral 2020-ci il tarixində Naxçıvan Qarnizonu Tam orta məktəbində 21 Fevral-“Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbir keçirildi.Tədbirdə məktəbin müəllim kollektivi və şagirdləri iştirak etdi.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra tədbiri Naxçıvan Qarnizonu Tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov  açdı. Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 30-cu  sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rənga-rəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir insan öz dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörünüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz yoldaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsidir, millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı, mədəniyyəti olan  dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Millətin dilinin  dövlət statusuna yüksəlməsi ilə tarixi hadisə, milli dövlətçilik, tarixin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.

Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mütəllimova Təranə “Ana dilimizlə fəxr edirik” mövzusunda  çıxış etdi. Ölkəmizdə ana dilinin  hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan  dilinin  dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli  mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz  məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Hazırda bu ənənələri Prezident İlham  Əliyev uğurla davam etdirməkdədir.  Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın müqəddəs borcudur.

Tədbirin bədii hissəsində şagirdlər Ana dilimiz haqqında dahi şəxsiyyətlərin kəlamlarını və şeirlərini səsləndirdilər.

Dilimizin yad təsirlərdən qorunması ilə bağlı təqdimatlarla çıxış etdilər.

Daha sonra təşkil olunmuş sərgiyə baxış keçirildi.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg