Sədərək rayon Təhsil şöbəsi və Rayon Polis şöbəsini birgə təşkilatçılığı ilə Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbində “Yol hərəkəti qaydaları və nişanları” haqqında marifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sədərək rayon Polis vəTəhsil şöbələrinin əməkdaşları eyni zamanda məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak edib.
Tədbirdə çıxış edən Sədərək rayon polis şöbəsinin Baş dövlət avtomobil müfətdişi şagirdlərə yol hərəkət qaydalara və yol hərəkəti nişanları haqqında geniş məlumat vermişdir.
Daha sonra məktəbin şagirdlərinin yol hərəkəti haqqında suları cavablandırılmışdır.
20 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər 11 və 16 nömrəli tam orta məktəblərdə “21 Fevral - Beynəlxalq Ana dili Günü” ilə bağlı tədbir keçirilmişdir. 11 nömrəli tam orta məktəbdəki Naxçıvan Universitetində təhsil alan təcrübəçi tələbələr də tədbirdə iştirak etmişdir. Qeyd edilmişdir ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və qorumalıdır. Ana dilimizin tarixi inkişaf yolları haqqında geniş məlumat verilmiş, mövzu ilə bağlı məruzələr ilə çıxışlar edilmişdir. Şagirdlər Ana dilimiz haqqında dahi şəxsiyyətlərin kəlamlarını və şeirlər səsləndirmiş, dilimizin yad təsirlərdən qorunması ilə bağlı təqdimatlarla çıxış etmişlər.
Təhsildə daim təkmilləşdirilməyə ehtiyac duyulan istiqamətlərdən biri təhsilin idarə olunmasıdır ki, onun da əsas istiqamətləri təlim-tərbiyə işinin düzgün planlaşdırılması, tədris-pedaqoji, məktəb sənədlərinin aparılması və saxlanması, kargüzarlığın təşkilidir. Bu mənada yanvar ayından başlayaraq Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yüksəldilməsi, məktəb sənədlərinin və kargüzarlığın təlimata uyğun aparılması, dövlət nümunəli təhsil sənədlərinin vaxtında və düzgün işlənilməsi, sənəddəki məlumatların düzgünlüyü üçün vəzifəli şəxsin məsuliyyəti, eləcə də Şəhər və Rayon Təhsil şöbələrinin dövlət qulluqçularının əmək funksiyalarına dair seminarlar start verilmişdir.
20 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin hərbi rəhbəri Babazadə İsmayıl X sinif şagirdləri üçün Gənclərin Çağırışaqədərki Hazırlığı fənnindən “AK 74-7,62 mm-lik və 5,45 mm-lik Kalaşnikov avtomatları və əl pulemyotları” mövzusundan açıq dərs keçmişdir. Dərs elektron lövhəli hərbi kabinədə qrup işi təlim forması əsasında təşkil olunmuşdur. Motivasiya dərslikdəki şəkillər əsasında qurulmuş, “Atıcı silahlar hansılardır və onların əhəmiyyəti nədir?” tədqiqat sualı əsasında dərs keçirilmişdir.