• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1494
mod_vvisit_counterDünən1396
mod_vvisit_counterBu həftə7999
mod_vvisit_counterBu ay21767
mod_vvisit_counterÜmumi2538583

Tarix: 18 May, 2024

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Yaradıcı Gənclər Akademisayı”na start verilmişdir

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev  çıxış edərək bildirmişdir ki, məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Ötən il Mərkəzdə Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dulusçuluq, Dram, Gimnastika və Sürətli oxu dərnəkləri yaradılıb.

Həmçinin, yeniyetmə və gənclərin asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, onların intellektual inkişafı və istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər görülür, dərnək üzvlərinin sərgiləri təşkil olunur. Bu gün təşkil olunan layihənin də  məqsədi məhz istedadlı gənclərin üzə çıxarılmasıdır. Daha sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov  çıxış edərək bildirmişdir ki, Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin istedad və bacarıqlarının aşkar edilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir. “Yaradıcı Gənclər Akademiyası” layihəsinin həyata keçirilməsində məqsəd muxtar respublikada yaradıcı gənclərin aşkar edilməsi,  onların tanıdılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, beynəlxalq layihələrdə iştirakının təmin edilməsi, onların  əməyinin qiymətləndirilməsi və onlar üçün yeni stimulun yaradılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir. Sonda  kurslarda iştirak etmək istəyən gənclərə layihə və kursların keçiriləcəyi günlər haqqında ətraflı məlumat verilmiş, kursları tədris edən müəllimlərlə tanışlıq olmuşdur. Gənclər robotexnika, memarlıq-dizayn, ebru sənəti, qum sənəti, ağac üzərində yandırma, rəssamlıq və dulusçuluq sahələri  üzrə keçirilcək kursların otaqları ilə tanış olmuşlar.

Belə ki, ümumi olaraq 7 yaradıcılıq sahəsi üzrə 25 nəfər kurslarda iştirak etmək üçün qeydiyyatdan keçmişdir. Kurslar həftənin 2 günü təşkil olunmaqla  fevralın 21-dən  iyunun 30-dək davam edəcək. Kursu uğurla başa vuran iştirakçıya sertifikat veriləcək və yekunda gənclərin  layihə çərçivəsində hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olunacaqdır.  Layhə Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə həyat keçirilir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg