Şagirdlərin vətəninə, xalqına, ana dilinə olan sevgisi və hörmətini, müstəqil bədii-estetik düşüncələrini üzə çıxarmaq və onu inkişaf etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fevralın 17-də “21 Fevral-Beynəlxalq Ana Dili Günü” ilə bağlı muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim ana dilim” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Tədbirdə Təhsil nazirinin müavini Heyran Əhmədova Azərbaycan dilinin-doğma ana dilimizin təbiiliyini və bədiiliyini, dilimizin zənginliyini xüsusi vurğulayıb, dilimizin yaşadılması və təbliğ edilməsi haqqında danışıb.
Ordubad Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Ordubad rayonunda fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında voleybol üzrə rayon birincilik keçirilmişdir.
Culfa şəhər 2 nömrəli tam orta məktəbdə oxunması zəruri olan kitablar siyahısında yer alan Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilmişdir.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq “devizi altında Sədərək rayon Gənclər və İdman İdarəsinin, Sədərək rayon Təhsil Şöbəsinin, Sədərək rayon Uşaq Gənclər İdman məktəbinin,Şərur rayon Gənclər və İdman İdarəsinin və Şərur rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Sədərək rayon 1 nömrəli tam orta məktəbində Sədərək Uşaq Gənclər İdman məktəbinin və Şərur rayon Uşaq Gənclər İdman məktəbinin oğlan və qız komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikası-96" devizi altında Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində Naxçıvan Muxtar Respublikasının yaranmasının 96-cı ildönümünə həsr olunmuş Tempo turnir keçirilmişdir. Turnir Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsi, Culfa Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Culfa Rayon Təşkilatı ilə birgə keçirilmişdir.