• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2422
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə7064
mod_vvisit_counterBu ay3125
mod_vvisit_counterÜmumi2519941

Tarix: 02 May, 2024

Şərur şəhər Fizikia- Riyaziyyat Təmayüllü Liseydə “21-fevral Beynəlxalq Ana Dili günü” münasibətilə tədbir keçirilmişdir

Liseyin direktoru Cavanşir Quliyev Beynəlxalq Ana Dili günü münasibətilə liseyin müəllim və şagird kollektivini təbrik etmiş və bildirmişdir ki, dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxdilliliyin tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artması, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır. Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir.

Hər bir xalqın inkişafı, həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. Belə ki, hər bir xalq öz tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənəsini gələcək nəsillərə məhz dil vasitəsi ilə çatdırır. Biz də məhz bu səbəbdən dilimizi qorumalı, ona sahib çıxmalıyıq. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəcəfova Ruqiyə isə bildirmişdir ki, dilimizin inkişafında, onun uşaqlara sevdirilməsində kitabların, şeirlərin və sayı-hesabı olmayan əsərlərin böyük rolu vardır. Lakin ən önəmlisi, hər bir körpəyə öz anasının dilindən səslənən laylanın rolu böyükdür. Ana laylası ana südü vasitəsi ilə körpənin qanına keçər, onun necə gözəl olduğunu aşılayar. Körpənin hər baxışında ana sevgisinə, ana səsinin məlahətinə, ana dilinin gözəlliyinə ehtiyac duyular. Biz də məhz bu səbəbdən dilimizi qorumalı, ona sahib çıxmalıyıq.

Tədbirin sonunda liseyin şagirdləri “Ana dili” ilə bağlı şeirlər söyləmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg