• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün73
mod_vvisit_counterDünən1474
mod_vvisit_counterBu həftə73
mod_vvisit_counterBu ay6297
mod_vvisit_counterÜmumi2523113

Tarix: 05 May, 2024

Kəngərlidə “Oxunması zəruri olan kitablar”la bağlı viktorinanın rayon mərhələsi keçirilib

20 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə  Xok kənd tam orta məktəbində  “Oxunması  zəruri olan kitablar”la bağlı  viktorina keçirilib. Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Camallı qeyd edib ki,  mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Belə ki, insan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da artırır. Mütaliə  həm ayrı-ayrı  fərdlərin, həm də bütövlükdə  cəmiyyətin həyatının bütün sahələrinə bilavasitə təsir edir.

İnformasiyalaşmış  cəmiyyətin formalaşması  və tərəqqisi mütaliə prosesinin nəticəsidir. Şagird təfəkkürünün zənginləşməsində, dünyagörüşünün, tərbiyəsinin, vətənpərvərlik, xeyirxahlıq və vətənə xalqa bağlılıq kimi müsbət keyfiyyətlərinin formalaşmasında  “Oxunması  zəruri olan kitablar haqqında”  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2017-ci il avqustun  28-də imzaladığı  Sərəncamın  mahiyyəti danılmaz bir faktdır.

İştirakçılar əsasnamə ilə tanış edildikdən sonra yarışa start verilib. Viktorinada  “Təmsillər” (uşaq ədəbiyyatı), “Nizaminin hikmət və nəsihətləri”, Eynəli bəy Sultanovun “Məqalələr”, Nikolo Makiavellinin “Hökmdar”  əsərindən suallar səsləndirilib. 2 yarımfinal və 1 final mərhələsindən ibarət olan viktorinada hər mərhələdə komandalara 25 sual təqdim olunub və sualların cavablandırılması üçün 1 dəqiqə vaxt verilib. Yekun nəticəyə əsasən, Böyükdüz kənd tam orta məktəbinin “Günəş” komandası I, Qarabağlar kənd 1№-li tam orta məktəbin “İnam” komandası II, Yurdçu kənd tam orta məktəbinin “Zəka” komandası III,  Xok kənd tam orta məktəbinin “Lider” komandası isə həvəsləndirici yerə layiq görülüb.

Viktorinada rayon ümumtəhsil məktəblərindən 32 şagird iştirak edib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg