• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1057
mod_vvisit_counterDünən2317
mod_vvisit_counterBu həftə3374
mod_vvisit_counterBu ay48986
mod_vvisit_counterÜmumi2516251

Tarix: 30 Apr., 2024

Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Tarixin qan yaddaşı – Xocalı” adlı tədbir keçirilib

21 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş  “Tarixin qan yaddaşı – Xocalı” adlı tədbir keçirilib.

Əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fərqanə Əbilova bildirib ki,  ümummilli liderimiz Xocalı faciəsindən bəhs edərək demişdir: “Xocalıda həlak olanlar respublikamızın ərazi bütövlüyü yolunda qurban gediblər. Onlar xalqımızın milli azadlıq  yolunda apardığı mübarizənin qurbanları, şəhidləridir. Onların faciəli  sürətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, rəşadətinin nümayişidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Qeyd olunub ki, hər il Xocalı soyqırımının ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir.

Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu yetişib. Gənc nəsillər bu hadisəni xatırlamaqla bərabər əzmlə çalışmalı, öz savad və dünyagörüşlərini artırmalı, dövlətimizin güclənməsi və vətənimizin ərazi bütövlüyü uğrunda dönmədən çalışmalı, şəhidlərimizin vətənpərvərlik və qəhrəmanlıq ənənələrini yaşatmalı, onların ideyalarını gerçəkləşdirməlidirlər.

Tədbirdə Qıvraq qəsəbə tam orta məktəbinin tarix müəllimi Telli Vəliyeva çıxış edərək bildirib ki, fevralın 26-sı Azərbaycan xalqı üçün təkcə faciə günü deyil. Bu eyni zamanda ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, haqq-ədalətin bərpası və erməni işğalına son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir. Vurğulanıb ki, bu gün hər birimiz Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edir, qürur hissi keçiririk.  Prezident cənab İlham Əliyevin dediyi kimi: “Xocalı Soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyümüz uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.

Tədbirdə şagirdlər Xocalı Soyqırımına həsr olunmuş şeirləri bədii qiraət ediblər.

Sonra məktəblilərin ifasında “Xocalını unutmayaq” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sonda Xocalı faciəsini özündə əks etdirən şagirdlərin rəsm əsərlərindən ibarət "Xocalı fəryadı” adlı sərgiyə baxış olub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg