• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2228
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə6870
mod_vvisit_counterBu ay2931
mod_vvisit_counterÜmumi2519747

Tarix: 02 May, 2024

“Azərbaycan dili milli varlığımızdır” mövzusunda interaktiv dərs keçirilmişdir

“21 fevral-Beynəlxalq Ana Dili Günü” ilə bağlı ümumtəhsil məktəbləri ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi arasında “Azərbaycan dili milli varlığımızdır” mövzusunda interaktiv dərs keçirilmişdir.

İnteraktiv dərsdə ana dilimizin zənginliyi, onun yaşadılması və təbliğ edilməsi barədə geniş məlumat verilərək şagirdlərin diqqətinə çatdırılıb ki, fevralın  21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən “Beynəlxalq Ana Dili Günü” hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev ölkə­mizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycan dilinin inkişafı istiqamətində məqsədyönlü iş aparmışdır. Ulu öndər ana dilimizin 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında, 1995-ci ildə isə ilk milli Konstitusiyamızda dövlət dili kimi təsbit edilməsinə nail olmuşdur. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı dahi şəxsiyyətin ana dilimizə olan məhəbbətinin bariz nümunəsidir.

Bildirilib ki, hazırda bu ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”,  23 may 2012-ci il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Pro­qramı haqqında” sərəncamları və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Qeyd olunmuşdur ki,muxtar respublikamızda da dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə reallaşdırılan tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizə ehtiramın ən böyük ifadəsidir.

Vurğulanıb ki, Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq olunması, bədii sözün daşıyıcısı olan dəyərli ədəbi nümunələrin gənclərə tövsiyə edilməsi onlarda mütaliə mədəniyyətinin formalaşmasına dəstək olmaqla yanaşı dilimizin, sözümüzün təbliğinə verilən qiymətdir. Dilimizin tarixinin öyrənilməsi, onun qorunub inkişaf etdirilməsi çərçivəsində Ali Məclis Sədrinin tapşırığı ilə “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” və digər kitabların nəşri dilimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi olmaqla yanaşı inkişafına da mühüm töhfədir.

Qeyd olunub ki, tarixin qaynaqlarından süzülüb gələn ana dilimizə dahilərimizin də əsərlərində yetərincə yer verilib, bu dilin müqəddəsliyi və əsrarəngizliyi barədə çox yazılıb. “Anamın kitabı” əsərində dilimizə sadiq olmayan insanların prototiplərini yaradaraq insanlara, bütünlükdə cəmiyyətə ana dilimizin nə qədər vacib dövlət atributu kimi dəyərini, bizim milliliyimizi, mənəviyyatımızı tərənnüm etdiyini göstərən böyük dramaturq Cəlil Məmmədquluzadə xalqın nicat yolunun Vətən ideyası ətrafında birləşmək olduğunu bildirirdi. Sənətkarlarımızın yazıb-yaratdığı bu incilər bu günümüz üçün də qiymətlidir. Bu incilər içərisində dilimizin saflığı ilə bərabər bir tarix də yaşayır.

Bildirilib ki, dəyərli sərvətimiz olan Ana dilimizin qayğısına qalmalı, Ana dilimizin qorunması hər birimizin bir vətəndaş, bir insan, bir azərbaycanlı kimi ən böyük amalı olmalıdır. Dilimizi qoruyaq! O bizim milli varlığımızışərtləndirən ən müqəddəs dəyərdir.

İnteraktiv dərs Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbində izlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg