Naxçıvan Qızlar Liseyində Abituriyent-2020: mövzusunda seminar keçirilib

Naxçıvan Qızlar Liseyində XI sinif şagirdlərinə Abituriyent-2020: mövzusunda seminar keçirilib.  Seminarda məktəbin  psixoloqu  Səkinə  Əsgərova   Abituriyentlərin keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri, 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri, “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli” və imtahan qabağı psixoloji dəstək  ilə bağlı məlumat verilmişdir.

Seminarın sonunda mövzularla bağlı suallar cavablandırılaraq, mövzu ilə bağlı videomaterial  təqdim  olundu.

“Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə fevralın 10-da ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi  keçirilmişdir.

Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanmasında dram əsərlərinin səhnələşdirilməsinin mühüm əhəmiyyəti vardır.

Ardını oxu...

“Məktəb idarəçiliyi və sənədləşmə işləri” mövzusunda seminar davam edir

Təhsildə daim təkmilləşdirilməyə ehtiyac duyulan istiqamətlərdən biri təhsilin idarə olunmasıdır ki, onun da əsas istiqamətləri təlim-tərbiyə işinin düzgün planlaşdırılması, tədris-pedaqoji,  məktəb sənədlərinin aparılması və saxlanması, kargüzarlığın təşkilidir. Bu mənada Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yüksəldilməsi, məktəb sənədlərinin və kargüzarlığın təlimata uyğun aparılması, dövlət nümunəli təhsil sənədlərinin vaxtında  və düzgün işlənilməsi, sənəddəki məlumatların düzgünlüyü üçün vəzifəli şəxsin məsuliyyəti, eləcə də  Şəhər və Rayon Təhsil şöbələrinin dövlət qulluqçularının əmək funksiyalarına dair seminarlar davam etdirilir.

Ardını oxu...

Sınaq imtahanına qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat 11 fevral saat 10:00-dək aparılacaqdır.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Ardını oxu...

Naxçıvan Şəhər Təhsil Şöbəsinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində olublar

Fevralın 8-də Naxçıvan Şəhər Təhsil Şöbəsinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində ekskursiyada olublar. Muzey haqqında məlumat verən bələdçi Sevin Səbzəliyeva bildirmişdir ki, Naxçıvanın zəngin təbii sərvətləri, ecazkar təbiəti, flora və faunası ta qədim zamanlardan xalçaçılığın təşəkkülünə rəvac verib. Bununla yanaşı muzeydə hal hazırda 4000-nə yaxın eksponant vardır ki, bunlardan 393 ədədi ekspozisiya zallarında nümayiş olunur. Həmçinin bələdçi muzeydə olan xalçalar, xalçaçılıq sənəti, xovsuz və xovlu xalça növləri,  habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri haqqında geniş məlumat vermişdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg