Araz kəndində içməli su və kanalizasiya şəbəkəsi qurulub

Yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkələrinin istifadəyə verilməsi insanların rahatlığına xidmət edən mühüm sosial tədbirdir. Muxtar respublikada bu sahədə kompleks işlər  həyata keçirilir, əhali ekoloji təmiz və dayanıqlı içməli su ilə təmin olunur. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su və kanalizasiya şəbəkələri qurulur.

Oktyabrın 1-də Araz kəndində içməli su və kanalizasiya şəbəkəsinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ardını oxu...

Dövlət qurumları müasir kənd mərkəzində fəaliyyət göstərəcək

Oktyabrın 1-də Araz kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 3000 kitab vardır. Rabitə evində yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 20 internet istifadəçisi vardır.

Ardını oxu...

Babək rayonunun Araz kəndində yeni sosial obyektlər istifadəyə verilib

Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, sosial-iqtisadi inkişaf təmin edilib, aparılan quruculuq işləri muxtar respublikanın simasını dəyişib. Artıq kompleks abadlaşan kəndlər Naxçıvanın müasir inkişaf göstəricisinə çevrilib. İnsan amilinə xidmət edən bu tədbirlərin davamı olaraq Babək rayonunun Araz kəndində də geniş quruculuq işləri aparılıb, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunub.

Ardını oxu...

Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərində “1 Oktyabr-Beynəlxalq Musiqi Günü” ilə bağlı konsert proqramı təşkil olunub

“1 Oktyabr-Beynəlxalq Musiqi Günü” ilə bağlı Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və rayonlarda yerləşən Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərində oktyabrın 1-də konsert proqramı təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Heyran Əhmədova təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd etmişdir ki, bu gün muxtar respublikamızda təhsilin inkişafı sahəsində aparılan uğurlu islahatlar, təhsilin xüsusi diqqət və qayğı ilə əhatə olunması bu sahənin günü-gündən daha da inkişafına və gələcəyimiz olan yeniyetmələrin istedadlı, bilikli və vətənpərvər kimi yetişməsinə ən layiqli töhfəsini verməkdədir. Ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrimizdə yaradılan müasir tədris şəraiti və fəaliyyət göstərən dərnəklər şagirdlərin yüksək səviyyədə təhsil almaları ilə yanaşı asudə vaxtlarının səmərəli təşkilinə və estetik zövqlərinin daha da inkişaf etdirilməsinə geniş imkanlar açmışdır.

Ardını oxu...

Naxçıvandan olan tələbələr Prezident təqaüdünə layiq görülüblər

Prezident İlham Əliyev sentyabrın 29-da 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunları da var.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg