• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün884
mod_vvisit_counterDünən908
mod_vvisit_counterBu həftə3765
mod_vvisit_counterBu ay36097
mod_vvisit_counterÜmumi2503362

Tarix: 24 Apr., 2024

Naxçıvan Dövlət Texniki Kollecində STEAM kabinəsi yaradıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil müəssisələrində STEAM təhsilinin tətbiqi sahəsində işlər davam etdirilir. Görülən işlərin davamı olaraq ümumtəhsil məktəbləri ilə yanaşı  Naxçıvan Dövlət Texniki Kollecindədə STEAM kabinəsi yaradılmış, sentyabrın 22-də kollecdə yaradılan STEAM kabinəsinin təqdimatı keçirilmişdir.

Təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikada təhsilin inkişafı üçün yaradılan şərait yeni təlim metodlarının tətbiqinə geniş imkanlar açmışdır. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-2020-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılıb.

Vurğulanıb ki, ötən müddət ərzində STEAM təhsil metodunun tətbiq edildiyi təhsil müəssisələrinin sayı 53-ə çatdırılmış, yerli və Azərbaycan Respublikası Təhsil Nazirliyinin, eləcə də beynəlxalq təlimçiləri tərəfindən ümumtəhsil məktəblərinin 200-dən çox müəlliminə və  pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə təlimlər keçirilib, təhsil metodunun sistemli tətbiqi üçün VI-VII siniflər üçün STEAM tədris proqramı və tədris vəsaiti hazırlanıbdır.

Nazir STEAM təhsil metodunun əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, STEAM bacarıqlarına sahib işçi qüvvəsinə ehtiyac artdığı üçünSTEAM təhsili dünyanın hər yerində təhsil islahatının mərkəzindədir və getdikcə daha çox əhəmiyyət kəsb edir. Muxtar respublikada da təhsilin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasınəzərə alınaraq 7 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi məqsədini daşıyan Sərəncamın icrasi ilə bağlı ümumtəhsil məktəbləri ilə yanaşı  Naxçıvan Dövlət Texniki Kollecində də STEAM kabinəsi yaradılmışdır.

Rəhman Məmmədov texniki sahələr üzrə ixtisaslaşmış tələbələrin bu təhsil metodunu dərindən yiyələnmələri və STEAM kabinəsinin imkanlarından yararlanaraq tələbələrin Startap layihələr üzərində işləmələri ilə bağlı tapşırıqlar vermiş, muxtar respublika təhsilində interaktiv təlim metodlarının tətbiqinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təhsil işçiləri adından minnətdarlığını bildirib.

Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov kollecin ixtisasları haqqında məlumat vermiş, tələbələrinqazandıqları bilikləri sənət, dizayn və yaradıcılıq məhsullarına, o cümlədən layihələrə çevirmək üçün kabinənin olduqca əhəmiyyətli olduğunu bildirmişdir. Kollecin direktoru STEAM təhsil metodunun tətbiqi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.

Sonra kabinədə quraşdırılan avadanlıqlara baxış olub. Məlumat verilib ki, kabinə müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 2 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Make block, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro:bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, micro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikro mexanizmlər, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və materialları ilə tam təmin olunub.

Tədbirin sonunda tələbələr STEAM təhsili metodu əsasında hazırladıqları layihələri təqdim etmişlər.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg