Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən nəşrə hazırlanan yeni kitabların təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan şahmat diyarıdır”, Mixal Krasenkovun “Şahmat incilərini tapmaq” və “Həvəskardan ustaya qədər”  kitablarının təqdimatı keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirinin müavini Ovni Muradov çıxış edərək bildirib ki, muxtar respublikada şahmat hərəkatı son günlərdə geniş vüsət alıb. Ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün xüsusi siniflər ayrılıb və şahmat müəllimlərinin növbəti sertifikasiya imtahanı həyata keçirilib. Şahmatın tədrisi səviyyəsinin yüksəldilməsi təkcə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə məhdudlaşmır. Eyni zamanda ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlarla təmin olunması da diqqətdə saxlanılır. Şahmat Federasiyası tərəfindən şahmatın əsaslarının şagirdlərə öyrədilməsində müəllimlərə yaxın köməkçi olan kitablar nəşr olunaraq, ümumtəhsil məktəblərinə verilib.

Ardını oxu...

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Anım Günü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Ardını oxu...

“27 sentyabr Anım Günü” ilə bağlı interaktiv dərs keçirilib

Sentyabrın 27-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında “27 sentyabr Anım Günü” ilə bağlı interaktiv dərs keçirilib.

İnteraktiv dərsi Naxçıvan şəhər 5 nömrəli məktəbin tarix müəllimi Şəhla Əliyeva aparıb. Bildirilib ki, 2021-2022-ci tədris ilindən muxtar respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” tədris olunur. Şəhla Əliyeva qələbə qazandığımız 44 günlük vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verib.

Ardını oxu...

Şahmat üzrə interaktiv dərs keçirilib

Sentyabrın 24-də Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərs keçirilib.

Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.

Beynəlxalq dərəcəli şahmat ustası Emin Hacıyev tərəfindən şagirdlər üçün saat 11:00-da “Kiçik yaşlı şahmatçıların oyunlardakı səhvlərə aid nümunələri” mövzusunda keçirilən interaktiv dərsdə şahmata yeni başlayanlar üçün sadə debütlər izah olunaraq nümayiş olunub. İtalyan oyunu və Şimal qambitinə aid oyunlardakı səhvlər bildirilib və birlikdə təhlil olunaraq düzgün oynamaq qaydaları göstərilib. Dərs müddəti 25 dəqiqə olub.

Ardını oxu...

Ölkə universitetləri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində “Robototexnikanın əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universiteti Magistratura mərkəzində “Memarlıq və mühəndislik” fakültəsinin dekanı, “Elektronika və informasiya texnologiyaları” kafedrasının professoru Cavanşir Zeynalovun “Robototexnikanın əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2021-ci il üçün nəşr planına əsasən çap olunan dərs vəsaitinin universitetdə yeni texnoloji, innovativ, beynəlxalq əməkdaşlıq kimi digər sahələrə təsir edəcəyini qeyd edib. Bildirilib ki, dərs vəsaiti əsasında müvafiq elmlər, xüsusilə, elektronika, mexanika, kibernetika, telemexanika, mexatronika, informatika elmləri səmərəli şəkildə öyrəniləcək. Rektor ölkə universitetləri arasında ilk dəfə tədqiqata cəlb edilən dərs vəsaitinin elmi və təcrübi əhəmiyyətini qeyd edərək müəllifə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg