Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşağı Əndəmic kəndində xidmət mərkəzinin də açılışını edib.
Məlumat verilib ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 nəfər işlə təmin olunub. Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilir.
Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatlarında istehsal olunan məhsulların sayının artırılması barədə tapşırıq verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə maraqlanıb.
Muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Tarixi-memarlıq abidələri, məscid, imamzadə və ziyarətgahlar bərpa olunur. Ordubad şəhərindəki qədim Cümə məscidində də bərpa işləri davam etdirilir.
Dərs ilinin başlanması ərəfəsində həmişə xəyallarım qeyri-ixtiyari olaraq məni ötən əsrin 90-cı illərinə aparır. Anamın cehiz sandığından çıxardığı parçadan mənim üçün öz əlləriylə əzizləyə-əzizləyə tikdiyi ətəyi, dayımın “uriset”dən aldığı ağ köynəyi geyinib güzgünün qarşısında dəqiqələrlə dayanıb özümü böyük sevinclə süzməkdən zövq alırdım sanki.
Naxçıvan şəhər Afiyyədin Cəlilov adına 12 saylı tam orta məktəbdə bilik günü ilə bağlı keçirilən tədbiri giriş sözü ilə Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açaraq bildirib ki, bu gün muxtar respublikamızda digər sahələrlə yanaşı, təhsil sahəsi də Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən diqqət və qayğı ilə əhatə olunub, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilib, müəllimlərin iş şəraiti yaxşılaşdırılıb. Sözsüz ki, muxtar republikamızda təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məqsədyönlü və düşünülmüş dövləti siyasəti dayanır. Yeni inşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil şəraiti savadlı və vətənpərvər gəncliyin yetişdirilməsinə xidmət edir.