• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün565
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9828
mod_vvisit_counterBu ay42160
mod_vvisit_counterÜmumi2509425

Tarix: 26 Apr., 2024

Dövlət qurumları müasir kənd mərkəzində fəaliyyət göstərəcək

Oktyabrın 1-də Araz kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 3000 kitab vardır. Rabitə evində yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 20 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 37 üzvü vardır ki, onlardan da 16-sı gənc, 16-sı isə qadındır. Ərazi ilk təşkilatının sədri Musa Əliyev yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Bu gün Araz kəndi bayram əhval-ruhiyyəsindədir. Kənddə həyata keçirilən geniş quruculuq işləri sakinlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Kəndimiz abad və müasir kəndlər sırasına qoşulub. Ali Məclis Sədrinin qayğısı ilə bütün sahələr üzrə yaradılan nümunəvi şərait insanların rifahına və rahat yaşamasına xidmət edir. Quruculuq işlərindən Yeni Azərbaycan Partiyası Araz kənd ərazi ilk təşkilatına da pay düşüb, müasir iş şəraiti yaradılıb. Söz veririk ki, göstərilən qayğıya cavab olaraq öz işimizi layiqincə yerinə yetirəcək, bundan sonra da muxtar respublikanın inkişafında partiya üzvləri fəallıq göstərəcəklər”.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Nəriman Hüseynov deyib: “Kənd sakinləri, əsasən, əkinçilik, heyvandarlıq və maldarlıqla məşğul olur. Yaradılan şəraitin nəticəsidir ki, təsərrüfatlarda istehsal olunan məhsulların bazarlarda satışı həyata keçirilir, təsərrüfat sahibləri ailə büdcələrini artırır. Bu gün bizə şəhərdən geri qalmayan kənd hədiyyə edilmişdir. Biz də yaradılanlardan səmərəli istifadə edəcək, qurulanları qoruyub saxlayacağıq”.

Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Bu gün Babək rayonunda epizootik vəziyyət sabitdir. Bunun səbəbi dərman preparatları və digər tibbi avadanlıqlarla təminat, peyvəndləmə və dezinfeksiya tədbirlərinin vaxtında görülməsidir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.

Ali Məclisin Sədri baytarlıq işinin əhəmiyyətini vurğulayaraq  muxtar respublikada özəl baytarlıq məntəqələrinin yaradılması ilə əlaqədar tapşırığın verildiyini bildirib, kadr təminatına diqqəti çəkib, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının və digər maarifləndirmə tədbirlərinin iclas zalında keçirilməsi barədə tapşırıqlar verib.

Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi mühüm əhəmiyyətə malikdir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.

Məntəqə müdiri Şərəbanu Hüseynova yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Əvvəllər məktəbin tərkibində ayrılmış bir otaqda fəaliyyət göstərirdik. İndi bizim üçün müasir iş şəraiti yaradılmış, feldşer-mama məntəqəsi zəruri tibbi avadanlıqlarla təmin olunub. Bu qayğıya cavab olaraq bundan sonra da daim əhalinin sağlamlığının keşiyində duracağıq”.

Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.

Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg