• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4964
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9149
mod_vvisit_counterBu ay41481
mod_vvisit_counterÜmumi2508746

Tarix: 25 Apr., 2024

Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərində “1 Oktyabr-Beynəlxalq Musiqi Günü” ilə bağlı konsert proqramı təşkil olunub

“1 Oktyabr-Beynəlxalq Musiqi Günü” ilə bağlı Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və rayonlarda yerləşən Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərində oktyabrın 1-də konsert proqramı təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Heyran Əhmədova təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd etmişdir ki, bu gün muxtar respublikamızda təhsilin inkişafı sahəsində aparılan uğurlu islahatlar, təhsilin xüsusi diqqət və qayğı ilə əhatə olunması bu sahənin günü-gündən daha da inkişafına və gələcəyimiz olan yeniyetmələrin istedadlı, bilikli və vətənpərvər kimi yetişməsinə ən layiqli töhfəsini verməkdədir. Ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrimizdə yaradılan müasir tədris şəraiti və fəaliyyət göstərən dərnəklər şagirdlərin yüksək səviyyədə təhsil almaları ilə yanaşı asudə vaxtlarının səmərəli təşkilinə və estetik zövqlərinin daha da inkişaf etdirilməsinə geniş imkanlar açmışdır.

Vurğulanıb ki, muxtar respublikamızda xüsusi istedadı və yaradıcı təffəkürü ilə seçilən şagirdlərin aşkar edilməsi, onların bilik və bacarıqlarının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sadiq əsl vətəndaş kimi formalaşması məqsədilə müxtəlif səpkili tədbirlərin-rəsm, şeir, dram müsabiqələri, bilik yarışmaları, tarixi abidələrə ekskursiyalar, müxtəlif layihə, aksiya və məşğələlərin təşkil edilməsi məktəblilər arasında sağlam rəqabəti gücləndirir və daha yüksək nailiyyətlərin əldə olunması ilə nəticələnir. Bu istiqamətdə keçirilən tədbirlərdən biri də “1 Oktyabr-Beynəlxalq Musiqi Günü” ilə bağlı Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin iştirakı ilə bu gün təşkil olunmuş konsert proqramıdır.

Təhsil nazirinin müavini günün mahiyyətindən danışaraq qeyd edib ki, UNESCO-nun Beynəlxalq Musiqi Şurasının təşəbbüsü ilə 1975-ci ildə təsis edilən və hər il qeyd olunan “1 Oktyabr-Beynəlxalq Musiqi Günü”nün məqsədi xalqlar arasında dostluğun və mədəniyyətlərinin qarşılıqlı zənginləşdirilməsidir. Bütün dünyada konsert proqramları ilə qeyd olunan bu bayram günündə dünya xalqları öz musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz incilərini ifa edirlər. Bildirilmişdir ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd tarixi çox qədimlərə dayanan Azərbaycan  incəsənətinin,  mədəniyyətinin və Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğidir. Bir çox məşhur bəstəkarlarımızın daxili dünyalarını, duyğularını, istək və arzularını ifadə etdikləri milli musiqimizin qüdrəti tarixə və gələcək nəsillərin yaddaşına yazılmalı və daim yaşadılmalıdır.

Tədbirdə “Əlvan çiçəklər” rəqs qrupunun üzvləri bir-birindən maraqlı rəqs nümunələri və rəngarəng musiqili proqramla çıxış etmiş, dərnək üzvlərinin ifasında müxtəlif xalq və bəstəkar mahnıları səsləndirilmiş, qarmon və nağara qruplarının ifasında çıxışlar dinlənilmişdir. Konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg