“5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibət ilə “Savadlı gələcəyin təminatçısı – müəllim...” adlı tədbir keçirilib

Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə  “Savadlı gələcəyin təminatçısı – müəllim...” adlı tədbir keçirilib.

Tədbirdə ümumtəhsil məktəblərinin direktorları və rayonun qabaqcıl müəllimləri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə diqqət və qayğının artması ümummilli liderin təhsil sahəsində apardığı siyasətin məntiqi davamıdır. Vurğulayıb ki, Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq, müəllimlər vətənpərvər, təhsilli gənclərin yetişdirilməsi, cəmiyyət üçün faydalı fərdlərin hazırlanması istiqamətində səylə çalışırlar. Bu gün hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodik cəhətdən kamilliyi ilə yanaşı, vətənpərvərliyi ilə də seçilir, dövlətinə və xalqına sədaqətlə xidmət edir. O çıxışında qeyd edib ki, öz peşə bayramlarını qeyd edən rayon müəllimləri inanırıq ki, bundan sonra da şagirdlərin yüksək intellektual səviyyəyə malik, milli dəyərlərə hörmətlə yanaşan, bilikli, vətənpərvər gənclər kimi yetişməsi, xalqımız və dövlətimiz üçün yararlı vətəndaş olması istiqamətində yorulmadan çalışacaqlar.

Ardını oxu...

Naxçıvanın təhsil işçiləri təltif edilib

Prezident İlham Əliyev oktyabrın 5-də Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi və Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.

Təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri də vardır.

Ardını oxu...

Naxçıvan Gənc Müəllimlər Assosasiyası yaradıldı

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 5 oktyabr -“Beynəlxalq Müəllimlər Günü” və “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin təsis edilməsi ilə bağlı konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan Təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında 4 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə konfrans iştirakçılarını tanış etmiş, müəllim əməyinə verdiyi qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirmiş, təltif olunan müəllimləri, həmçinin konfrans iştirakçılarını 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə təbrik etmişdir.

Ardını oxu...

“Müəllimlik etmək” başqadır, “müəllim olmaq” başqa…

Müəllim… İlk baxışda sadə bir peşəni xatırlatsa da bu söz, dərin bir məna kəsb edir, əslində. Elə bir məna ki onu Platon “Tanrının şah əsəri” olaraq dəyərləndirib, Henri Bruks Adams isə “əbədiyyətə hökm edən insan”. Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayıb, Həzrəti Əli isə “mənə bir hərf öyrədənin qulu olmağa hazıram”, – deyib. Nizami Gəncəvi müəllimi Günəşə bənzədib, Viktor Hüqo isə insanları aydınlığa çıxaran işığa… Daha kimlər, kimlər müəllimlə bağlı dahiyanə fikirlər səsləndirib. İnsan həyatında, mənəviyyatında, insani keyfiyyətlərin formalaşmasında müəllimin əvəzolunmaz əməyi, zəhməti var. Çünki əsl müəllim təkcə bilik verən deyil, məşhur rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun da dediyi kimi, ruhu tərbiyə edəndir...

Ardını oxu...

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Hər il oktyabrın 5-i “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur.

Bir xalqın, millətin formalaşmasının əsas mənbəyi elm və təhsildirsə, elmin inkişaf etdirilməsinin, müxtəlif istiqamətlərdə və peşələrdə xalqa layiqli vətəndaşlar yetişdirilməsində əldə olunan nailiyyətlərin mənbəyi isə məhz müəllimdir. Müəllimin verdiyi bilik sayəsində cəmiyyətdə təhsil, təhsildən isə inkişaf doğulmuşdur. Azərbaycan xalqının təfəkküründə müəllim adı hər zaman ziyalılıq və mənəvi saflıq rəmzi olmuş, bu şərəfli peşə sahiblərinin əməyi həmişə yüksək qiymətləndirilmişdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg