Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri nümayəndə heyətini salamlayıb, Naxçıvanın Türk dünyasının mərkəzində yerləşdiyini və mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən danışan Ali Məclisin Sədri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarının Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə etdiyini bildirib və İkinci Qarabağ müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstəyə diqqəti çəkib.

Ardını oxu...

Onlar artıq ali məktəb tələbələridirlər

Bu il  tələbə adını qazanan  yüzlərlə gənc   yeni tədris ilində ali məktəb  qapılarını açdı. Sirr deyil ki, muxtar  respublikamızda təhsil sahəsində həyata keçirilən islahatlar, təhsilə göstərilən diqqət və qayğı    orta məktəbi bitirən məzunların hər il ali məktəblərə qəbul imtahanlarında qazandıqları uğurlu nəticələrə  yol açır.  2020-2021-ci tədris ilində muxtar respublika məktəblərini bitirən  abituriyentlərin  261 nəfəri 500- 700 bal intervalında  nəticə göstərdi.  Yüksək nəticə göstərən məktəblər sırasında  Heydər Əliyev adına tam orta məktəbin  adı da var.

Ulu öndər Heydər Əliyevin adını daşıyan  məktəbin bu ilki nailiyyətləri ilə maraqlanmaq üçün gedərkən yol boyu təhsilimizin dünəni  gözlərim  önündə canlandı. Soyuq sinif otaqları, köhnə tədris avadanlıqları, dərslik almaq problemi...

İndi mənzərə tamamilə fərqlidir. Bu günün şagirdləri   güclü maddi-texniki bazaya malik olan müasir məktəb binalarında  təhsil alır, pulsuz dərsliklərlə təmin edilir. Hər il bilik günündə yeni tədris ocaqlarının  istifadəyə verilməsi ənənə halını alıb. Əsas məqsəd gələcəyimizi savadlı, bilikli gənc kimi yetişdirməkdir.

Gözəl memarlıq quruluşu, əzəmətli görkəmi ilə  yenə şagirdlərin səs-küyünə qərq olan, müasir standartlara cavab verən Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin  müəllim və şagirdləri də bu ilki uğurlarının və yeni dərs ilinin  sevincini yaşayırlar.

Ardını oxu...

Muxtar respublikada Bilik Günü qeyd olunub

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq işləri kəndlərin abadlaşmasına, müasir infrastrukturun yaradılmasına və insanların rahat yaşayışına səbəb olub. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir”. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Ordubad rayonunun Aşağı Əndəmic kəndində də geniş abadlıq-quruculuq işləri aparılıb, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilib, avtomobil yolu çəkilib, Ordubad şəhər stadionu yenidən qurulub.

Ardını oxu...

Aşağı Əndəmic Kənd Mərkəzində hərtərəfli şərait yaradılıb

Sentyabrın 15-də Aşağı Əndəmic kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 6299 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 115 internet istifadəçisi vardır.

Ardını oxu...

Yeniləşən və müasirləşən yollar insanların rahatlığına xidmət edir

Hər bir ölkədə sosial-iqtisadi tərəqqini şərtləndirən amillərdən biri də yol-nəqliyyat infrastrukturunun inkişafıdır. Çünki müasir tələblərə cavab verən yolların mövcudluğu rahat hərəkəti təmin etməklə yanaşı, yerli istehsal məhsullarının itkisiz daşınmasına, turizmin inkişafına imkan verir. Muxtar respublikada da müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Ordubad şəhər-Aşağı Əndəmic kənd avtomobil yolu yenidən qurulub.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg