Naxçıvanşünaslıq Mərkəzində 13 yanvar 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan dünən və bu gün” mövzusunda açıq dərs keçirilib.
Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Tarverdiyev Nihad Naxçıvan Muxtar Respublikasının tarixi haqqında şagirdlərə məlumat verərək, onlara uğurlar arzulayıb.
Açıq dərs Naxçıvan şəhər 1, 4, 11 və 14 nömrəli tam orta məktəblər üzrə 20 nəfər şagirdin iştirakı ilə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin tarix müəllimi İbrahimova Təhminə tərəfindən aparılıb.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il ərzində 32 növ imtahan keçirilib və bu imtahanlarda ümumilikdə 426 minə yaxın şəxs iştirak edib. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıyır. Əlbəttə ki, bu imtahanların qrafikinin layihəsi ilin əvvəlində tərtib olunmaqla aidiyyəti dövlət orqanları ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə təqdim olunur. Xatırlayırsınızsa, pandemiyadan öncə DİM tərəfindən növbəti il ərzində keçiriləcək imtahanların qrafiki adətən yanvar və ya fevral aylarında elan olunurdu. Lakin “COVID-19”la əlaqədar sanitar-epidemioloji vəziyyəti qabaqcadan müəyyən etmək çətindir. Ona görə də Mərkəz tərəfindən keçiriləcək imtahanların qrafiki 2 ildir ki, hissə-hissə təqdim olunur.