• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün84
mod_vvisit_counterDünən2156
mod_vvisit_counterBu həftə3957
mod_vvisit_counterBu ay27162
mod_vvisit_counterÜmumi2494427

Tarix: 17 Apr., 2024

Təhsil Nazirliyində ilin yekunları müzakirə olunmuşdur

Yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində “2021-ci ilin yekunları və qarşıda duran vəzifələr”ə dair kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov 2021-ci ildə təhsil sahəsində görülən işlərlə bağlı məruzə etmişdir. Bildirilmişdir ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində 2021-ci il ərzində Şərur rayon Şəhriyar, Dərvişlər, Ordubad şəhər 1 nömrəli, Nüsnüs, Əndəmic, Dırnıs, Vələver, Babək rayon Göynük kənd tam orta və Araz kənd ümumi orta məktəblərinin yeni binası istifadəyə verilmiş, məktəblərin maddi-tədris bazası gücləndirilmişdir. Həmçinin Ordubad rayonunda innovativ dərnəklər yaradılmışdır. Hazırda “STEAM Tədris Mərkəzi”nin, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin, Şərur rayon Çərçiboğan, Babək rayon Sirab və Ordubad rayon Pəzməri məktəblərinin binalarının yenidən qurulması istiqamətində işlər davam etdirilməkdədir.

Təhsil naziri təhsil işçilərinin maddi rifah hallarının yaxşılaşdırılması istiqamətində də görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 dekabr 2021-ci il tarixli Sərəncamları ilə 2022-ci ilin yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılmışdır. Həmçinin gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin hərbi rütbəyə görə aylıq vəzifə maaşlarına əlavələr edilmişdir.

Təhsilin inkişafında xidmətlərinə görə 2021-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə 4 müəllim Azərbaycan Respublikasının “Əməkdar müəllim”i, 6 müəllim Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adı ilə, 4 müəllim isə “Tərəqqi” medalı ilə təltif olunublar.

Nazir qeyd etmişdir ki, ötən il təhsil sahəsində bir çox yeniliklərlə yadda qalmışdır. Belə ki, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilmiş, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilmiş, Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılmışdır. Bunlarla yanaşı “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən 53 təhsil müəssisəsində STEAM kabinəsi, o cümlədən Heydər Əliyev adına tam orta məktəbdə “STEAM Tədris Mərkəzi” yaradılmışdır.

2021-ci ilin yanvar ayının 1-dən etibarən Televiziya və Radio Verilişləri Redaksiyası təhsilyönümlü televiziya və radio proqramlarının yayımına başlamış, yanvar- may aylarında ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olanların sertifikatlaşdırılması aparılmış, il ərzində təhsil müəssisələrində 202 idman klubu yaradılmış, gənc müəllimlərin fəallığını, peşəkar və fərdi inkişaflarını artırmaq məqsədi ilə Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyi təsis edilmişdir. Muxtar respublikada ilk dəfə olaraq VI və VII sinif şagirdləri arasında “Məktəblilərarası VI Fənn Müsabiqəsi”, V sinif şagirdləri arasında “Məktəblilərarası Məntiq Olimpiadası”, II-X sinif şagirdləri arasında isə “Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi” keçirilmişdir. Bunlarla yanaşı əvvəlki illərdən tətbiq edilən “Sabahın müəllimi”, “Sabahın tədqiqatçıları” layihələri davam etdirilmiş, “Tariximizi qoruyaq və yaşadaq” aksiyası, “Mütaliə aylığı”, “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” və “Dram müsabiqəsi” keçirilmiş, ali məktəblərlə dərsliklərin müzakirəsi aparılmışdır.

Təhsil naziri qeyd etmişdir ki, muxtar respublika təhsilinə göstərilən dövlət qayğısı nəticəsiz qalmamış, məzunlar buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr əldə etmişdir. Belə ki, 2021-ci ildə buraxılış və qəbul imtahanlarında iştirak edən məzunların 73 faizi ali və orta ixtisas müəssisələrinə daxil olmuşdur. 261 məzun qəbul imtahanlarında 500-700 arası bal toplamış, onlardan  3-ü Prezident təqaüdünə layiq görülmüşdür.  Bununla yanaşı, hesabat dövründə 47 şagird muxtar respublika, 26 şagird respublika fənn olimpiadalarının, 55 şagird “Məktəblilərarası VI Fənn Müsabiqəsi”nin, 43 şagird isə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olmuşdur. Məzunlardan 17-si qızıl, 17-si gümüş nişana, 41-i isə fərqlənmə attestatına, ümumi orta təhsil səviyyəsi üzrə isə 121 məzun fərqlənmə attestatına layiq görülmüşdür.

Sonra məruzə ətrafında Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyevin, Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyevin, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlının, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanovun, Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayevin, Naxçıvan Şəhər Şahmat Məktəbinin direktoru Emin Hacıyevin, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru İntiqam Rəhimovun, Şərur Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Vəfadar Ələkbərovun, Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru Ramal Məmişovun çıxışları dinlənilmişdir.

Təhsil naziri Rəhman Məmmədov 2022-ci ildə təhsil müəssisələrində tədrisin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşə bacarıqlarının artırılması, təcrübə mübadilələrinin təşkili, STEAM təhsil metodunun tətbiqi, məktəbin idarə edilməsi, məktəbdaxili nəzarətin təşkili, məktəb sənədlərinin işlənməsi, interaktiv dərslərin təşkili, laboratoriyalardan, elektron lövhələrdən səmərəli istifadə, istedadlı şagirdlərin üzə çıxarılması, idmanın kütləviliyinin təmin edilməsi, innovativ dərnəklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi ilə bağlı Şəhər və Rayon Təhsil şöbələrinə, ümumtəhsil məktəblərinin direktorlarına tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg