• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün914
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10177
mod_vvisit_counterBu ay42509
mod_vvisit_counterÜmumi2509774

Tarix: 26 Apr., 2024

Naxçıvanşünaslıq Mərkəzində açıq dərs keçirilib

Naxçıvanşünaslıq Mərkəzində 13 yanvar 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan dünən və bu gün” mövzusunda açıq dərs keçirilib.

Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Tarverdiyev Nihad Naxçıvan Muxtar Respublikasının tarixi haqqında şagirdlərə məlumat verərək, onlara uğurlar arzulayıb.

Açıq dərs Naxçıvan şəhər 1, 4, 11 və 14 nömrəli tam orta məktəblər üzrə 20 nəfər şagirdin iştirakı ilə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin tarix müəllimi  İbrahimova Təhminə tərəfindən aparılıb.

İbrahimova Təhminə bildirib ki, milli-mənəvi dəyərlərin yaşadılması, inkişaf etdirilməsi, təbliği, ən əsası isə ümummilli ideyaların əsas götürülməsi böyük tarixə və dərin köklərə malik olan muxtar respublikamızda da daim diqqət mərkəzində saxlanılmış, gənclik bu ruhda tərbiyə olunmuşdur.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvanın tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir”

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Naxçıvanda inkişafın, müasirliyin, birliyin və həmrəyliyin nümunəsi formalaşır. Bu nümunənin işığında isə yaradıcı, fəal gənclik yetişir. Müasir gənclik intellektual və yaradıcılıq potensiallarını daim artırır, təhsildə və idmanda uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunur.

Bununla  yanaşı olaraq dərsdə bildirilmişdir ki, Naxçıvanın dünəni ilə bu günü arasında müqayisə də əvəz olunmaz fərqlər var. Muxtar respublikanın bu gününü dünənindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də söz, fikir və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin və digər yaradıcılıq təşkilatlarının fəaliyyətinin gücləndirilməsidir. Ötən müddət ərzində muxtar respublikada gənc alim, jurnalist və rəssamların yetişməsi, ədəbi mühitin inkişafı diqqət mərkəzində saxlanılıb, onların yaradıcılıq imkanları xeyli genişləndirilib. Yaradıcılıq təşkilatlarının maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, həm də bu sahədə çalışanlara daim mənəvi dəstək verilib, onların fəaliyyəti yüksək qiymətləndirilib.

Sonra Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Tarverdiyev Nihad şagirdlərə mərkəzin fondlarında olan kitablar haqqında geniş məlumat verib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg