Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 22-də "Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə qərara alıram:
Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında Dram müsabiqəsinin məktəbdaxili seçim mərhələsi keçirilib.
21 dekabr 2021-ci il tarixdə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman, Daxili İşlər nazirlikləri tərəfindən muxtar respublikada yaşayan yetkinlik yaşına çatmayanlarla aparılan praktiki işlərə dair Tədbirlər Planına əsasən yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarının təşkil edilməsi və idmana cəlb edilmələri, oxunması zəruri olan kitabların mütaliəsi üçün maarifləndirici söhbətlər aparmaq və uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi və zərərli informasiyalardan qorunmaları, sosial şəbəkələrdə Naxçıvanın turizm potensialının təbliğ olunmasını şagirdlərə aşılamaq məqsədilə maarifləndirici tədbir keçirilib. 