• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün957
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10220
mod_vvisit_counterBu ay42552
mod_vvisit_counterÜmumi2509817

Tarix: 26 Apr., 2024

“İlkin müəllim hazırlığının təkmilləşdirilməsi” mövzusunda Naxçıvan şəhər gənc müəllimləri ilə görüş keçirilmişdir.

7 yanvar 2022-ci il tarixdə tədrisin keyfiyyətini yüksəltmək, müəllimlərin elmi-metodiki hazırlığını, peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə “İlkin müəllim hazırlığının təkmilləşdirilməsi” mövzusunda gənc müəllimlərlə görüş keçirilmişdir.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev çıxış edərək, ötən tədris ilində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin uğurlarından və  bu gün muxtar respublikamızda müəllimlərə göstərilən dövlət qayğısından bəhs etmişdir. Bildirmişdir ki, müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb.

“2018-2019-cu tədris ilindən etibarən müəllimlərin işə qəbulunda müsabiqə mexanizmi tətbiq edilib, qaydalar şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib, ümumtəhsil məktəblərinin bilikli kadrlarla təminatı yaxşılaşıb. Bu günədək Naxçıvan şəhər ümumtəhsil məktəblərinə işə qəbulla bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən yaşı 30-dək olan kadrlardan 30-u müəllim, 13-ü isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə, 43 gənc kadr işlə təmin edilib”

Tədbirdə çıxış edən Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova ilkin müəllim hazırlığının təkminləşdirilməsi yolları haqqında gənc müəllimlərə məlumat vermişdir. O bildirmişdir ki, bundan sonra da gənc müəllimlərin fəaliyyətinin istiqamətləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müxtəlif mövzularda təlimlər, müsabiqələr və bilik yarışları təşkil olunacaqdır.

Sonra Naxçıvan şəhəri üzrə Gənc Müəllimlər Assosiasiyasının İdarə Heyətinin üzvü Xədicə Sadiqova çıxış edərək, gənc müəllimlərə göstərilən dövlət qayğısından bəhs etmiş, Naxçıvan şəhəri üzrə Gənc Müəllimlər Assosiasiyasının yarandığı gündən gördüyü işlər haqqında məlumat vermişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg