• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün982
mod_vvisit_counterDünən1386
mod_vvisit_counterBu həftə11631
mod_vvisit_counterBu ay43963
mod_vvisit_counterÜmumi2511228

Tarix: 27 Apr., 2024

Naxçıvan Şəhər Peşə Liseyində “Peşə təhsili sahəsində kargüzarlıq işinin təşkili” mövzusunda seminar keçirilib

Təhsil Nazirliyi tərəfindən peşə təhsili müsəssisələrində məktəb sənədlərinin və kargüzarlığın təlimata uyğun aparılması, dövlət nümunəli təhsil sənədlərinin vaxtında  və düzgün işlənilməsinə dair “Peşə təhsili sahəsində kargüzarlıq işinin təşkili” mövzusunda seminar keçirilmişdir. Dekabrın 30-da Naxçıvan Şəhər Peşə Liseyində təşkil olunan seminarın məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, peşə təhsili müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və bu kimi digər vacib dəyərləri təbliğ etmək, peşə təhsili müəssisələrdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, kadr işinin və kargüzarlıq vəziyyətinin yaxşılaşdırılması, müəssisə rəhbərlərinin bu sahədəki məsuliyyətinin artırılmasından ibarətdir.

Təhsil müəssisələrində kadr və kargüzarlıq məsələləri ümumi fəaliyyətin əsasını təşkil etdiyi üçün məktəb işinin planlaşdırılması və həyata keçirilməsi baxımından təhsil işçilərinin davamlı və peşəkar inkişafı sahəsində fəaliyyətin formalaşdırılması da seminarın əsas meyarlarından olub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Orta ixtisas təhsili müəssisələri və peşə məktəbləri ilə iş üzrə şöbəsinin əməkdaşları, peşə müəssisələrinin direktorları, tədris-istehsalat işləri üzrə direktor müavinləri, kadr və xüsusi işlər üzrə inspektorların iştirakı ilə keçirilən seminarda Təhsil Nazirliyi Aparatının şöbə müdiri Vüsal Abdullayev “Məktəbdaxili sənədləşmə işlərinin müvafiq qanunvericiliyə uyğun aparılması və saxlanması”, baş-məsləhətçi Elnur Qasımov “Təhsil müəssisələrində kargüzarlıq işinin təşkili” mövzularında çıxış etmişlər.

Təhsil Nazirliyinin əməkdaşları peşə təhsili müəssisələrinin idarə olunmasında istifadə olunan hüquqi-normativ sənədlərin və kargüzarlığa dair kitabların düzgün və dəqiq işlənilməsi üsullarını slaydlar vasitəsilə iştirakçılara təqdim etmişlər. Seminarda kadr sənədlərinin, müdavimlərin şəxsi işləri və uçotu kitabınının, qrup jurnalının, pedaqoji  işçilərin şəxsi heyətinin uçotu, məktəbin pedaqoji şurasının protokolu, inventarizasiya, əmr kitablarının işlənilməsi qaydaları, kursu başa vurmuş müdavimlərə verilən sertifikatların qanunvericiliyə uyğun doldurulması, uçotunun aparılması və paylanılması nümunələrlə izah edilmişdir. Vurğulanmışdır ki, peşə təhsili müəssisələrində sənədləşmə işlərinin keyfiyyətinin yüksəldilməsi, peşə təhsili müəssisələrinin rəhbərlərinin, tədris-istehsalat işləri üzrə direktor müavinlərinin, eləcə də kadr və xüsusi işlər üzrə inspektorların bu sahədə yüksək səriştəyə malik olması məqsədilə keçirilən seminarda qeyd olunanlar gündəlik fəaliyyətdə tətbiq edilməli və məktəb rəhbərləri sənədləşmə işlərində təlimatı qaydalara əməl etməlidir.

Seminarın sonunda məktəbdaxili sənədləşmə işlərinin aparılması ilə bağlı suallar cavablandırılmış, tədbir iştirakçılarına məktəb və kargüzarlıq sənədlərinin işlənilməsi qaydalarına dair elektron və kağız nümunələr təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg