• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün781
mod_vvisit_counterDünən2349
mod_vvisit_counterBu həftə5268
mod_vvisit_counterBu ay37449
mod_vvisit_counterÜmumi1182937

Tarix: 25 May, 2022

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub

Dekabrın 30-da – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası təltiflərinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanlara çalışdıqları sahələrdə fərqləndiklərinə görə təşəkkür edib, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təqdim edib.

“Tərəqqi” medalı ilə təltif olunan Habil Babayev, Tutu Əhmədova, Sədaqət Quluyeva, Elnarə Məmmədova və Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunan Zəhra Əliyeva minnətdarlıq edərək deyiblər ki, muxtar respublikada hər bir sahənin inkişafına diqqət göstərilir. Təhsil sahəsinə də bu diqqət və qayğıdan böyük pay düşüb. Müasir standartlar səviyyəsində qurulan məktəblər ən son texnoloji avadanlıqlarla təmin olunub. Təhsilə göstərilən qayğı, müəllim əməyinə verilən qiymət bizi daha səylə çalışmağa ruhlandırır. Bundan sonra da qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirəcək, gənc nəslin vətənpərvər ruhda yetişməsində əlimizdən gələni əsirgəməyəcəyik.

Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunan Aytən Quliyeva deyib: “Çalışdığım Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin kollektivi yaradılan müasir tədris şəraitindən bəhrələnərək hər il uğurlu nəticələr göstərir. Ötən tədris ilində məktəbin məzunlarının 72 faizi orta və ali ixtisas məktəblərinə qəbul olunub, onlardan 12-si 500-700 arası nəticə göstərib. Bu gün mənim üçün ikiqat sevincli gündür. Ali Məclis Sədrinin  müvafiq Sərəncamı ilə övladımın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb və xüsusi aylıq təqaüdə layiq görülüb. Bu gün isə mən Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşəm. Buna görə ailəm və öz adımdan minnətdarlıq edir, bundan sonrakı fəaliyyətimizdə də uğurlarımızın sayını artıracağımıza söz veririk”.

Ali Məclisin Sədri təhsil işçilərinə təşəkkür edərək deyib: Bu il muxtar respublikada təhsil sahəsində ən yüksək göstərici qazanılıb. Orta məktəbi bitirən məzunların 73 faizi ali və orta ixtisas təhsili məktəblərinə qəbul olub. Bütün bunlar müəllimlərin əməyi və səyi, şagirdlərin isə çalışqanlığı nəticəsində mümkün olub.

Azərbaycan Respublikasının “Əməkdar rəssamı” fəxri adı ilə  təltif olunan Fikrət Babayev deyib ki, muxtar respublikada rəssamlıq sənətinə xüsusi diqqət və qayğı göstərilir. Bu il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunub. Qədim tarixi abidə olan Şahtaxtı hamamında yaradılan xidmət sahəsində mən də işlə təmin olunmuşam. Orada gənclərə sənətin sirlərini aşılayıram. Bu ada layiq görülməyimə görə ölkə başçısına minnətdarlıq edirəm.

Təltif olunanlardan Səhər İmanova, Zakir Fətəliyev, Qəhrəman Tağıyev və digərləri də əməklərinə verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlıq ediblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg