• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1309
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5645
mod_vvisit_counterBu ay34023
mod_vvisit_counterÜmumi2464512

Tarix: 29 Mart, 2024

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində bayram tədbiri keçirilib

Dekabrın 30-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibəti ilə konsert proqramı təşkil olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərən dövlət qayğısından danışaraq qeyd etmişdir ki, 2020-2021-ci tədris ili ərzində də təhsil müəssisələrinin tikintisi və ya yenidən qurulması davam etdirilmiş,  məktəb binaları tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Muxtar respublikanın təhsil müəssisələrinin maddi-tədris bazaları gücləndirilmiş, sürətli internetə çıxışı olan müasir kompüterlər və elektron lövhələr quraşdırılmış, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilmiş, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunmuşdur.

Vurğulanmışdır ki, müəllimlərin işə qəbulu şəffaflıq və obyektivlik baxımından təkmilləşdirilmiş, ümumtəhsil məktəblərinin bilikli kadrlarla təminatı yaxşılaşdırılmışdır. 2020-2021-ci tədris ilində də ümumtəhsil məktəblərində işə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticələr qazanan gənc kadrlar müəllim və müxtəlif vəzifələrə təyin olunmuş, 1200-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunmuş, Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması aparılmışdır. İstedadlı şagirdlərin aşkar edilməsi və onlarla işin keyfiyyətinin yüksəldilməsi məqsədilə sınaq-test imtahanlarının, müxtəlif bilik yarışlarının, müsabiqələrin və fənn olimpiadalarının keçirilməsi, qaliblərin mükafatlandırılması diqqətdə saxlanılmışdır.

Nazir qeyd etmişdir ki, 2020-2021-ci tədris ili təhsildə innovasiyaların tətbiqi ilə yadda qalmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılır. Eyni zamanda Sərəncama əsasən ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması ilə bağlı təşkilati işlər   2022-ci ildə yekunlaşdırılacaq, lisey 2022-2023-cü tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcəkdir.

Yeni-2022-ci ildə görüləcək işlərin və qarşıda duran vəzifələrin əhəmiyyətindən danışan nazir qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılmış, fəaliyyət Qaydası təsdiq edilmişdir. Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin bazasında yaradılan Distant Təhsil Mərkəzinin 2022-2023-cü tədris ilindən başlayaraq Qaydaya uyğun fəaliyyətinin təmin edilməsi məqsədi ilə sağlamlıq vəziyyətinə görə ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar haqqında məlumatlar toplanır, onların təhsilə cəlb edilməsi və onlar üçün dövlət təhsil standartları və proqramları əsasında təhsil almaq imkanının yaradılması ilə bağlı təhlillər aparılır. Bununla yanaşı məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı təhvil-təslim işlərinə başlanılmış, yanvar ayında təhvil-təslim işlərinin və digər zəruri tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

Nazir tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik etmiş, bütün təhsil işçilərinə uğurlar arzulamışdır.

Sonra tədbirdə şagirdlərə ssenari əsasında qeyd olunan əlamətdar günlərlə bağlı maraqlı məlumatlar çatdırılmış və tədbir dərnək üzvlərinin hazırladıqları konsert proqramı ilə davam etdirilmişdir. “Gənc Heydərçilər” dərnəyinin üzvlərinin ifasında şeirlər bədii qiraət olunub, solo və vokal ifalarda milli musiqilərimiz səsləndirilib, rəqs nömrələri, nağara və qarmon qruplarının ifası maraqla izlənilib. Bayram tədbiri şagirdlərdə xoş ovqat yaratmış və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm əhəmiyyət kəsb etmişdir.

Sonda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramına həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg