• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4913
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9098
mod_vvisit_counterBu ay41430
mod_vvisit_counterÜmumi2508695

Tarix: 25 Apr., 2024

“Təhsildə inkişaf və innovasiyalar üzrə layihə hazırlanması” təliminə start verildi

10 yanvar 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən gənc müəllimlər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə layihə hazırlanması” təliminə başlanıldı.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Sahil Əlizadə çıxış edərək, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsədin təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarət olduğunu vurğulamışdır.  O bildirmişdir ki, 5 ildir keçirilən müsabiqədə Naxçıvan Muxtar Respublikasından bu müsabiqədə ümumtəhsil məktəbləri kateqoriyası üzrə         4 layihə, fərdi kateqoriya üzrə isə 9 layihə qalib olmuşdur.

Tədbirdə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova çıxış edərək, 5 gün müddətində təşkil olunacaq və 3 təlimçi tərəfindən 5 mövzuda keçiriləcək təlimlərin əsas məqsədinin gənc müəllimləri layihələrin hazırlanması qaydaları ilə tanış etmək, onların yaradıcı idealarını dəstəkləmək və onların bu il keçiriləcək “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsində” iştiraklarını təmin etmək olduğunu bildirmişdir.

Belə ki, 10-11 yanvar 2022-ci  tarixdə  Kəngərli Rayon Təhsil Şöbəsinin Metodisti Aytən Kərimova “Layihənin adının seçilməsi və poblemin qoyulması”, “Layihənin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, görüləcək işlər” mövzusunda, 12-13 yanvar 2022-ci il tarixdə  Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova “Layihənin icra müddəti, layihənin sonunda gözlənilən nəticələr”, “Layihə çərçivəsində qurulacaq əməkdaşlıq, layihənin monitorinqi və davamlılığı, layihənin qiymətləndirilməsi və hesabatlılığının yazılması” mövsunda və 14 yanvar 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Sahil Əlizadə “Layihənin büdcəsinin hazırlanması” mövzusunda təlimlər keçəcəklərdir.

Sonra əvvəlki illərin Qrant müsabiqə qalibləri Naxçıvan Şəhər Təhsil Şöbəsinin Metodkabinet müdiri Gülxarə Tarverdiyeva və Naxçıvan şəhər            13 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Asudə Məmmədova çıxış edərək öz təcrübələrini bölüşüb, iştirakçılara tövsiyələr vermişlər.

Daha sonra Kəngərli Rayon Təhsil Şöbəsinin Metodisti  Aytən Kərimova təlimin keçirilmə qaydaları ilə müəllimləri tanış etmiş və bildirmişdir ki, hər gün təlim keçirildikdən sonra müəllimlərə tapşırıq veriləcək və öz idealarına əsasən öyrəndikləri hissənin hazırlanması tələb olunacaq. Təlimin sonunda iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar veriləcək.

Tədbirdə sonra təlimin ilk gününə başlanılmışdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg