
30 yanvar 2020-ci il tarixdə Kəngərli rayon Şahmat məktəbində “2 Fevral-Gənclər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışı giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədli bildirib ki, müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır.


 29 yanvar 2020-ci il tarixində Heydərabad qəsəbə tam orta məktəbində Pedaqoji şura iclası keçirilmişdir. Pedaqoji şurada məktəbin pedaqoji heyəti və Sədərək rayon Təhsil şöbəsinin Metodkabinet müdiri Bulud Bağırlı iştirak etmişdir. Pedaqoji şuranın gündəliyində I yarimilin yekunu və qarşıda duran vəzifələr, V-XI siniflərdə ingilis dili fənninin tədrisi vəziyyəti, Uşaq Birliyi Təşkilatının Rəhbərinin yarimil üçün hesabatı, sınaq test imtahanlarının nəticələri və cari məsələlər müzakirə olunub.
29 yanvar 2020-ci il tarixində Heydərabad qəsəbə tam orta məktəbində Pedaqoji şura iclası keçirilmişdir. Pedaqoji şurada məktəbin pedaqoji heyəti və Sədərək rayon Təhsil şöbəsinin Metodkabinet müdiri Bulud Bağırlı iştirak etmişdir. Pedaqoji şuranın gündəliyində I yarimilin yekunu və qarşıda duran vəzifələr, V-XI siniflərdə ingilis dili fənninin tədrisi vəziyyəti, Uşaq Birliyi Təşkilatının Rəhbərinin yarimil üçün hesabatı, sınaq test imtahanlarının nəticələri və cari məsələlər müzakirə olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə imtahanlarda müvəffəqiyyət qazanan  gənc müəllimlər yanvarın 28-dən 3 günlük təlim-seminara cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə imtahanlarda müvəffəqiyyət qazanan  gənc müəllimlər yanvarın 28-dən 3 günlük təlim-seminara cəlb edilib. 
 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
												
												
						
					 
			 
			 
			