 Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinə Cəlil Məmmədquluzadənin Ev Muzeyində ekskursiya təşkil olunmuşdur. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30-a yaxın şagird iştirak etmişdir. Muzeyin elmi işçisi Kəmalə Allahverdiyeva şagirdlərə muzey haqqında geniş məlumat vermiş və bildirmişdir ki, ev muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılmış, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olmuşdur. Muzeydə böyük ədibin həyat və yaradıcılığına aid iki mindən artıq eksponat mühafizə olunur.  Muzeydə nümayiş olunan Cəlil Məmmədquluzadənin əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid sənədlər və digər qiymətli eksponatlar şagirdlər tərəfindən maraqla izlənilmişdir.

Sonda şagirdləri maraqlandıran suallar muzeyin əməkdaşı tərəfindən cavablandırılmışdır.

 “20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır”. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçilən interaktiv dərsdə səsləndirilib. İnteraktiv dərsdə bələdçi Elvira Qədimova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb.