Ordubad rayonunun Vənənd kəndində yeni sosial obyektlər istifadəyə verilib
Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir”. Azərbaycan dövlətinin inkişaf dinamikasını əks etdirən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Dahi şəxsiyyətin yolunun davam etdirilməsi Naxçıvanın inkişafında yeni mərhələnin əsasını qoyub. Muxtar respublikada enerji, ərzaq, müdafiə və informasiya təhlükəsizliyi təmin olunub. Hər bir sahədə yenilik, tərəqqi müşahidə olunur. Geniş quruculuq işləri aparılır, müasir kənd infrastrukturu yaradılır, insan amilinə yüksək qiymət verilir. Yanvarın 13-də Ordubad rayonunun Vənənd kəndində yeni sosial obyektlər istifadəyə verilib.