“Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nə start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət  müsabiqəsi” başlayıb.  Müsabiqə yanvarın 8-dən 24-dək  muxtar respublikanın  bütün  şəhər və rayon ümumtəhsil  məktəblərinin  şagirdləri arasında nəzərdə tutulub. İlk olaraq Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində  Naxçıvan Şəhər Təhsil Şöbəsinin  tabeliyində olan ümumtəhsil  məktəblərinin şagirdləri arasında keçirilib.

Ardını oxu...

Məktəblilərə “Orta əsr memarlıq inciləri: Əcəmi Naxçıvani və Naxçıvan abidələri” mövzusunda məlumat verilib

09 yanvar 2020-ci il tarixdə “Xan Sarayı” Dövlət-Tarix Memarlıq Kompleksində 13 nömrəli tam orta məktəbin şagirdlərinin  iştirakı ilə “Orta əsr memarlıq inciləri: Əcəmi Naxçıvani və Naxçıvan abidələri” mövzusunda Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti, 13 nömrəli tam orta məktəbin tarix müəllimi İbrahimova Təhminə açıq dərs keçmişdir. Açıq dərsdə qeyd olunmuşdur ki, Azərbaycanın  tarixində mühüm  yeri olan Naxçıvan qədim abidələrlə zəngindir.

Ardını oxu...

Təhsil Nazirliyində ilin yekunları müzakirə olunmuşdur

Yanvarın 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində “2019-ci ilin yekunları və qarşıda duran vəzifələr”ə dair kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov məruzə edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2019-cu ildə də davam etdirilmişdir. Ötən müddət ərzində Naxçıvan şəhərində 5 nömrəli, Şərur rayonunda Muğanlı, Kərimbəyli, Xələc, Yeni Havuş, Babək rayonunda Kültəpə, Gülşən­abad, Ordubad rayonunda Dəstə, Şahbuz rayonunda Türkeş, Kəngərli rayonunda Böyükdüz kənd tam orta məktəbləri üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmişdir. Hazırda Şərur rayonunda Muğancıq Mehrab, Ordubad rayonunda isə Vənənd kənd tam orta məktəbləri üçün binaların tikintisi və ya yenidənqurulması davam etdirilir.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində açıq dərs keçirilmişdir

07 yanvar 2020-ci il tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Naxçıvan şəhər 8, 9, 10, 12 nömrəli tam orta məktəblərin şagirdlərinin  iştirakı ilə “Oxunması zəruri olan kitabların şagird mənəviyyatına təsiri” mövzusunda 12 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fərəcova Aynur açıq dərs  keçmişdir.

Ardını oxu...

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin qarşısında bayram şənliyi keçirilib

Tədris müddətində olduğu kimi istirahət, tətil və bayram  günlərində də məktəblilərin asudə vaxtlarının səmərəli və maraqlı keçirilməsi ilə bağlı Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən tədbirlər planı hazırlanmış və bir sıra tədbirlər həyata keçirilmişdir.

Bu tədbirlərdən biri də məktəblilərin asudə vaxtlarının, istirahətlərinin və bayram günlərinin xoş və mənalı keçirmələri üçün mərkəzin qarşısında milli musiqi və rəqs nömrələrindən ibarət əyləncəli və yaddaqalan bayram şənliyi təşkil olunmuşdur.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg