• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4779
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə8964
mod_vvisit_counterBu ay41296
mod_vvisit_counterÜmumi2508561

Tarix: 25 Apr., 2024

Kəngərli rayonunda “2 Fevral- Gənclər Günü”nə həsr olunmuş Şahmat yarışı keçirilib

30 yanvar 2020-ci il tarixdə Kəngərli rayon Şahmat məktəbində “2 Fevral-Gənclər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışı giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədli bildirib ki, müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır.

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.

Sonra Kəngərli Rayon Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə iştirakçıları yarışın əsasnaməsi ilə tanış edib. Yarışda 54 nəfər iştirak etmişdir. Gərgin və maraqlı keçən oyunun sonunda I yerin qalibi Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Məmmədov Əli Elşən oğlu, II yerin qalibi Kəngərli Rayon Rabitə İdarəsinin əməkdaşı Rüstəmov Samil Cəfər oğlu, III yerin qalibi Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdi Cəlilov Salman Elnur oğlu olmuşdur.

Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg