Müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil pilləsini vaxtında başa vura bilməyən vətəndaşların nəzərinə

Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan ibtidai və ümumi orta təhsil almış, müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil pilləsini vaxtında başa vura bilməyən vətəndaşların  nəzərinə çatdırılır ki, eksternatlar üçün aralıq imtahanı 15 yanvar 2020-ci il tarixdə saat 1500-da Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə keçiriləcək, imtahan binasına buraxılış saat 1400-da başlayacaqdır.

İmtahana buraxılış şəxsiyyət vəsiqəsi ilə aparılacaq.

Məktəblilərin respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilmişdir

Təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlər, o cümlədən respublika fənn olimpiadaları keçirilir.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hislərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etməkdən ibarətdir.

Ardını oxu...

Olimpiada qalibləri mükafatlandırılıb


Muxtar respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açır. İstedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında hər il muxtar respublikada keçirilən fənn olimpiadaları mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

"Sabahın tədqiqatçıları" layihəsinin iştirakçısından uğurlu adım

“Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı Naxçıvan Qızlar Liseyinin  IX  sinif şagirdi Nuray Məmmədovanın "Naxçıvan Muxtar Respublikası ərazisindəki bəzi yeraltı sularının minerallığının təyini" adlı layihəsi Moskvada  Məktəblilərin VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq "Elmə start" müsabiqəsində yoxlamadan uğurla keçmişdir.

Layihənin 3 səhifəlik "Mənim elmi işim" məqaləsi " Литературнoe творчество школьников" jurnalında, layihə isə "Школьный научный журнал " da  dərc olunacaq.

Şahmat üzrə Naxçıvan Muxtar Respublika seçmə yarışlarının qalibləri müəyyənləşib

Naxçıvan Şahmat Mərkəzində 8, 10, 12, 14 və 16 yaşlı oğlan və qızlar arasında keçirilən şahmat üzrə Naxçıvan Muxtar Respublika seçmə yarışları başa çatıb.

NUHÇIXAN xəbər verir ki, seçmə yarışların yekun nəticəsinə əsasən 8 yaşlı oğlanlar arasında İlham Mahmudov, 10 yaşlı oğlanlar arasında Ramal Həsənov, 12 yaşlı oğlanlar arasında Zaur Babayev, 14 yaşlı oğlanlar arasında Seyid Hüseyn, 16 yaşlı oğlanlar arasında isə Əli Əliyev qalib adını qazanıblar.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg