• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün400
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9663
mod_vvisit_counterBu ay41995
mod_vvisit_counterÜmumi2509260

Tarix: 26 Apr., 2024

“Naxçıvan – doğma diyarım” adlı bilik yarışı keçirilib

30 yanvar 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qarabağlar kənd 1 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü münasibətilə ümumtəhsil məktəblərinin III-IV sinif şagirdləri arasında “Naxçıvan – doğma diyarım” adlı bilik yarışı keçirilib.

Bilik yarışının keçirilməsində əsas məqsəd məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda intellektual oyunlara məktəblilərin marağını artırmaqdan ibarətdir.

Tədbirdə rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Camallı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çox mürəkkəb tarixi inkişaf yolu keçməsindən, 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən - Naxçıvan Muxtar Respublikasının yaranmasından danışıb. O, Naxçıvanın dövlətçilik tariximizdə böyük yerə malik olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, eləcə də bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi və mədəni yüksəlişinə, hərtərəfli inkişafına layiqli töhfəsini verib.

İştirakçılar müsabiqənin şərtləri ilə tanış edildikdən sonra yarışa start verilib.

Yarışda 8 komandada 32 şagird iştirak edib. 2 yarımfinal və 1 final mərhələsindən ibarət olan bilik yarışında hər mərhələdə komandalara 15 sual təqdim olunub və sualların cavablandırılması üçün 1 dəqiqə vaxt verilib. Şagirdlər komanda şəklində Naxçıvanın tarixinə, coğrafiyasına, görkəmli şəxsiyyətlərinə və tarixi abidələrinə dair suallar üzrə biliklərini sınayıblar.

Yarışın yekun nəticələrinə əsasən, Çalxanqala kənd tam orta məktəbinin “Zəka” komandası I, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin “İnam” komandası II, Qarabağlar kənd 1 №-li tam orta məktəbin “Lider” komandası III, Böyükdüz kənd tam orta məktəbinin “Uğur” komandası həvəsləndirici yerə layiq görülüb.

Sonda qalib gəlmiş komandalar rayon Təhsil Şöbəsinin diplomları ilə təltif olunublar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg