Kəngərlidə məktəblilər üçün ənənəvi Yeni il şənliyi təşkil olunub

02 yanvar 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon mərkəzindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında Yeni il şənliyi keçirilib. Bayram tədbirində ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar müəssisələrin dərnək üzvləri iştirak edib.

Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı muxtar respublikada uşaqların cəmiyyətə inteqrasiyası, təhsil almaları, asudə vaxtlarının səmərəli təşkil edilməsinin daim diqqət mərkəzində saxlanıldığı barədə məlumat verib, tədbir iştirakçılarını təbrik edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir

Ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət muxtar respublika sakinlərinin birlik və həmrəyliyini möhkəmləndirir, 2020-ci ilin ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında növbəti inkişaf mərhələsi kimi tarixə yazılacağına əminlik yaradır.

NUHÇIXAN xəbər verir ki, yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində şən mahnılar səsləndirilmiş, muxtar respublikada fəaliyyət göstərən 26 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfat­ları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.

Ardını oxu...

Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub

2019-cu ildə muxtar respublikada bütün sahələrdə inkişafa nail olunub, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər davam etdirilib, makroiqtisadi göstəricilər artıb, yaşayış məntəqələrində geniş quruculuq işləri aparılıb. Yola saldığımız ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi qeyd olunub, əməkhaqlarının artırılması, yeni iş yerlərinin açılması əhalinin rifahını və məşğulluğunu təmin edib, sabitlik daha da möhkəmlənib. Naxçıvan Muxtar Respublikası 2020-ci ili böyük böyük uğur və nailiyyətlərlə qarşılayır.

Ardını oxu...

Culfa şəhər 3 nömrəli tam orta məktəbdə "Yeni İl" şənliyi keçirildi

30 dekabr 2019-cu il tarixində Culfa şəhər 3 nömrəli tam orta məktəbdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi. Tədbirdə Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşları, valideyinlər, müəllim heyəti və şagirdlər iştirak edirdilər. Aparıcılar bayram tədbiri haqqında məlumat verdilər. Şagirdlərin hazırladıqları rəngarəng nömrələr alqışlarla qarşılandı.

Ardını oxu...

Sədərək rayonunda onlayn Şahmat yarışı keçirilmişdir

30 dekabr 2019- cu il tarixində Sədərək rayon Təhsil şöbəsinin Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti"  ilə əlaqədar olaraq Sədərək rayonunda onlayn üzərindən ümumtəhsil məktəblərindən  Sədərək kənd 1 nömrəli və Sədərək kənd 2 nömrəli  tam orta məktəblərin şahmatçı şagirdləri  arasında Şahmat yarışı təşkil edilmişdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg