• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün914
mod_vvisit_counterDünən1474
mod_vvisit_counterBu həftə11077
mod_vvisit_counterBu ay7138
mod_vvisit_counterÜmumi2523954

Tarix: 05 May, 2024

Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseydə “26 fevral-Xocalı faciəsi” ilə əlaqədar tədbir keçirilmişdir

Liseyin direktoru Cavanşir Quliyev öz çıxışında qeyd etmişdir ki, 26 fevral Azərbaycanın tarixi səhifəsinə qanlı hərflərlə yazılmış tarixi gündür. 28 il bundan öncə erməni silahlı dəstələri ağır və zirehli texnikadan isfifadə edərək, şəhəri şiddətli şəkildə atəşə tutdular. Axşam saatlarından başlayan bu qırğın səhər saatlarına qədər fasiləsiz şəkildə davam etmiş , artıq səhər saatlarında şəhər alovlara qərq edilmişdir. Erməni silahlı dəstələri gənc, uşaq, yaşlı demədən vəhşiliklə insanları qətlə yetirmiş, işgəncələr vermiş, əsir götürmüşdürlər.

Müharibənin də öz qanunları vardır,lakin ermənilər bu qanunlara uymaq yerinə misligörülməmiş işgəncə və qətl metodları ilə öz “çirkinlikləri"-ni dünya tarixinə qeyd etmişdirlər. Tarix  bir millətin ən dəyərli sərvətidir. Tariximizi bilmək onu qorumaq hər bir azərbaycanlı vətəndaşı kimi hər birimizin borcudur. Bunu unutmayaq ki, “Vətən torpağının 1 qarışından belə pay olmaz". Bununla çıxışına son verərən Cavanşir Quliyev demişdir ki, Xocalı tarixi Azərbaycan rorpağıdır, belə də qalacaq. Sonra Liseyin Tarix müəllimi Cavid Xəlilov bildirmişdir ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.

Tədbirdə Xocalı şəhidləri 1 dəqiqəlik sükutla yad edimiş,şagirdlər xocalı faciəsinə həsr olunmuş şeirlər söyləmişdir.Və sonda tədbir iştirakçılarına  “Xocalı faciəsi-Fizika Riyaziyyat Təmayüllü Liseyin gözüylə” adlı slayd təqdim olunmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg